Dünya birjalarında neftin qiyməti azalıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,35 dollar və ya 2,47% azalaraq 53,23 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,65 dollar və ya 1,04% azalaraq 61,95 dollar təşkil edib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.