Dünyanın və ABŞ-ın aparıcı investisiya bankı - “Goldman Sachs” gələn ildən ABŞ dollarının ucuzlaşacağını proqnozlaşdırır.
ELƏCƏ DƏ BAX: Birjada səhm alıb-satanlar çoxalıb – AÇIQLAMA
“Goldman Sachs” hesab edir ki, ABŞ dolları 2018-ci ilin sonu və 2019-cu ilin əvvəlində bir qədər yüksələ bilər, çünki Federal Ehtiyat Sisteminin uçot dərəcəsini qaldıracağı gözlənilir.
Ümumilikdə isə mənfi faktorlar nəticəsində dolların ucuzlaşması ehtimalı daha yüksəkdir. “Goldman Sachs” hesab edir ki, 2019-cu ildə avronun bahalaşması daha çox gözlənilir, lakin burada rol oynayan yeganə mənfi amil İtaliya büdcəsidir. Analitiklər bahalaşmaqda olan funt sterlinqə də diqqət çəkməyi məsləhət görüblər.
Dollarla üçün gələn il – PROQNOZU
21:15
19 Noy 2018