ABŞ valyutasının məzənnəsinin artması qızılın cüzi ucuzlaşmasına səbəb olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,07 %, yaxud 1,35 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 810,3 ABŞ dollarına satılıb.
Qızıl bazarında mənfi dinamika müşahidə olunur. Buna ABŞ dollarının indeksinin 0,12 % artaraq, 96,13 bəndə çatması səbəb olub.
Bundan başqa, epidemioloji vəziyyətlə bağlı narahatlığın səngiməsi də bu qiymətli metalın qiymətinin aşağı düşməsinə təsir göstərib. Belə ki, aparılmış araşdırmalar koronavirusun “omikron” ştamının digər ştamlardan təhlükəli olmadığını aşkara çıxarıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.