Rusiya hökuməti ölkə vətəndaşlarını onlardan xəbərsiz kredit fırıldaqçılığından qorumaq üçün yenilik tətbiq edib.
FED.az xəbər verir ki, yeniliyə əsasən, istənilən şəxs dövlət xidmətləri portalı (Azərbaycandakı «Elektron hökumət» portalının analoqu) vasitəsilə özünün kredit və borc götürməsinə qadağa qoya bilər.
Xatırladaq ki, Rusiyada kredit fırıldaqçılığı geniş yayılıb. Vətəndaşların xəbəri olmadan onların adına kredit götürülməsi, notariuslarda borc müqaviləsi bağlanılması və sair hallar tez tez baş verir. İndi isə yeni xidmət vasitəsilə vətəndaşlar özlərinə qadağa qoyua biləcəklər. Vətəndaşlar kredit qadağasını tamamilə və qismən tətbiq edə bilərlər.
Məsələn onlayn kredit götürməyi qadağa edib, yalnız şəxsən banka gəlməklə kredit götürmək imkanını saxlamaq olar və s. Sistem belə işləyir: hər hansı vətəndaşın adından kredit üçün müraciət olduqda bank və BOKT-lar sistemdə həmin vətəndaşın özünə kredit qadağası qoyuduğunu görəcək və kredit müraciətinə baxmaqdan imtina edəcəklər.
Rusiya Mərkəzi Bankı bu xidmətə böyük tələbat olacağını bildirir.
Nazirlik bildirir ki, vətəndaşlar qadağa qoyuduqları kimİ, bu qadağanı asanlıqla ləğv edə bilərlər.