Hər bir bank çalışır ki, dövriyyədə istifadə etdiyi vəsaiti daha çox olsun, lakin buna baxmayaraq, riskləri nəzərə alaraq, öz kapitalının bir qismini ehtiyat kimi ayırmalıdır.
Ehtiyatlar nədir və bank hansı məqsədlərlə ehtiyat yaradır?
Xüsusi ehtiyatlar (ehtiyatlar) - aktivlər üzrə mümkün zərərin ödənilməsi məqsədi ilə ayrılan vəsaitlərdir.
Ehtiyatlar qısa şəkildə izah edilərsə bankın fəaliyyəti ərzində mümkün zərərlərinin qarşılanması məqsədilə ayrılır.
Belə izah etsək ki, bank tərəfindən aktivləri üzrə hər hansı gecikmə və ya geri qayıtmama ehtimalı (riski) artdığı halda, bank bu zərərini qarşılamaq məqsədilə ehtiyatlar (rezervlər) ayrılmağa başlayır. Bu ehtiyatların ayrılması əlbəttə ki, müəyyən meyarlar əsasında aparılır. Aktivlər üzrə gecikmə günləri artdıqca və ya aktivin keyfiyyəti aşağı düşdükcə, uyğun olaraq bu zərərləri qarşılaya biləcək ehtiyatların faizləri də artır. Ehtiyat faizləri üzrə ehtiyat məbləğləri hesablanaraq ehtiyatlanmanın yaradılması aparılır.
Qeyd edək ki, ehtiyatların yaradılması yaxşı haldır, çünki bank aktivləri ilə bağlı itki yarandıqda yaradılmış ehtiyatlarla həmin itkilərin bir hissəsini qarşılaya biləcək. Lakin unutmayaq ki, ehtiyatlar da bankın aktivlərinin risk ölçüsündən asılıdır. Bank nə qədər çox ehtiyat yaradırsa, bu onun daha çox riskli aktivlərə malik olduğunu göstərir. Düzdür, banklar pullarını ehtiyata ayıraraq onların heç bir gəlir gətirmədən dövriyyədən kənar qalmasını istəmir, amma bu, proses qanunla tənzimlənir.
2017-ci ilin yekun maliyyə göstəricilərini açıqlayan bankların aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlarını müəyyən etdik və onları həcminə görə sıraladıq. Baxaq banklarımız ehtiyata nə qədər vəsait ayırıb:
Bank |
Ehtiyatlar (manat) |
Beynəlxalq Bank |
271.359.000 |
Kapital Bank |
48.734.780 |
Bank of Baku |
41.517.000 |
Nikoil Bank |
31.198.300 |
AFB Bank |
30.006.189 |
Xalq Bank |
25.193.970 |
Rabitəbank |
20.128.000 |
Muğanbank |
19.013.390 |
Bank Respublika |
15.481.000 |
AccessBank |
13.688.000 |
Paşa Bank |
12.312.000 |
Bank Silk Way |
7.213.770 |
Atabank |
5.188.550 |
Yapı Kredi Bank Azərbaycan |
4.866.000 |
Unibank |
3.825.000 |
Amrahbank |
3.633.623 |
Gunay Bank |
3.204.884 |
NBC Bank |
1.611.000 |
ASB Bank |
1.354.420 |
AGBank |
1.346.970 |
Ziraat Bankı |
1.231.200 |
Turanbank |
1.148.000 |
Bank Avrasiya |
506.570 |
Expressbank |
479.000 |
Bank BTB |
-5.350.000 |
VTB Bank Azərbaycan |
-39.919.230 |
Cədvəldə ilk sıralarda yer alan bankların ölkənin ən böyük bankları olduğunu nəzərə alsaq, deyə bilərik ki, hər bir bankın kredit portfelinin ölçüsünə mütənasib olaraq risk ölçülü aktivləri vardır. Bu isə niyə həmin banklarda digərlərindən daha çox ehtiyat olmasını açıqlayır.
Siyahıda gördüyünüz Bank BTB və Bank VTB Azərbaycanın ehtiyat məbləği mənfi göstərilib. Bunun açıqlaması isə odur ki, hesabatlarından da bəlli olduğu kimi həmin banklar ehtiyat ehtiyat məbləğini göstərilən həcmdə azaldaraq onu gəlir kimi tanıyıblar. Banklar isə ehtiyatlarını yalnız riskli aktivlərinin azalmasına mütənasib olaraq azalda bilərlər.