Bu tanınma IQOS-un istehlakçılar arasında artan aktuallığını və Philip Morris International-ın tüstüsüz gələcək baxışının gücünü bir daha təsdiqləyir.
Philip Morris International-ın dünyanın 1 nömrəli tütün qızdırma sistem olan IQOS Kantar BrandZ şirkətinin “2026-cı ilin Ən Dəyərli Qlobal Brendləri” siyahısında ilk dəfə olaraq dünyanın ən dəyərli 100 brendi sırasına daxil edilib.
FED.AZ xəbər verir ki, bu reytinq IQOS-un qlobal miqyasda sürətli inkişafını və siqaretlərə daha yaxşı alternativlər axtaran yetkin nikotin istifadəçiləri üçün mədəni baxımdan əhəmiyyətli və ikonik brendə çevrildiyini təsdiqləyir.
BrandZ 2026 hesabatına əsasən, IQOS qlobal reytinqdə 74-cü yeri tutub
Dünya üzrə 35 milyondan çox istifadəçisi olan IQOS (onların əksəriyyəti siqaret istifadəsindən tam imtina edib) elmi əsaslı innovasiya və istehlakçı yönümlü dizayn vasitəsilə tüstüsüz dövrün liderlərindən biri olmağa davam edir. Yaradılmasından cəmi 10 il sonra IQOS illik 10 milyard ABŞ dollarından çox xalis gəlir əldə edərək bu mərhələyə dünyanın bəzi məşhur texnologiya şirkətlərindən daha sürətlə çatıb və Philip Morris International-a 2025-ci ildə təxminən 17 milyard dollar xalis gəlir qazandıran tüstüsüz biznesinin böyük bir hissəsini təşkil edib.
“Bu siyahıya daxil olmaq IQOS-un satışa başladığı vaxtdan 10 ildən bir qədər artıq müddətdə əldə etdiyi uğurun sübutudur. IQOS-un Ən Dəyərli Qlobal Brendlər siyahısında yeganə tüstüsüz məhsul olması göstərir ki, biz düzgün yoldayıq və yetkin insanlara siqaret çəkməyə davam etməkdən daha yaxşı alternativlər təqdim etmək istiqamətində inkişaf edirik,” – Philip Morris International-ın Azərbaycandakı filialının direktoru İqor Nikonenko deyib.
BrandZ qlobal brendlərin inkişaf və innovasiya yolunu izləyir. 21-ci buraxılışında bu reytinq brendin istehlakçı ehtiyaclarını necə qarşıladığını, rəqiblərdən necə fərqləndiyini və zamanla yadda qalan olduğunu vurğulayır.
IQOS-un Kantar Top 100 siyahısına ilk dəfə daxil edilməsi onun yalnız məhsul innovasiyası ilə deyil, həm də texnologiya, dizayn və mədəniyyətin kəsişməsində yerləşən brend kimi inkişaf etdiyini göstərir. Bu tanınma siqaretləri gələcəkdə istehlakdan çıxarmaq məqsədinə doğru mühüm addımdır.
BrandZ 2026 reytinqində Google, Claude, eləcə də Alibaba və Xiaomi kimi Çin şirkətləri də yer alıb. Kantar BrandZ brendlərin dəyərini maliyyə məlumatları və geniş brend tədqiqatlarının birləşdirilməsi yolu ilə qiymətləndirən qlobal reytinqdir və 54 bazarda 22,000-dən çox brendi əhatə edir.
IQOS risksiz deyil və asılılıq yaradan nikotin təmin edir. O, yalnız siqaret çəkən və ya nikotin məhsullarından istifadə edən yetkin şəxslər üçün nəzərdə tutulub.
Philip Morris International: Qlobal Tüstüsüz Gələcəyin Lideri
Philip Morris International aparıcı beynəlxalq istehlak malları şirkətidir və tüstüsüz gələcəyin təmin olunması istiqamətində fəal işləyir, eyni zamanda uzunmüddətli perspektivdə portfelini tütün və nikotin sektorundan kənar məhsulları da əhatə edəcək şəkildə inkişaf etdirir. Şirkətin mövcud məhsul portfeli əsasən siqaretlərdən və tüstüsüz məhsullardan ibarətdir; bunlara qızdırılan tütün, nikotin paketləri və elektron buxar məhsulları daxildir.
Tüstüsüz məhsullar 105-dən çox bazarda satışdadır və 31 dekabr 2025-ci il tarixinə PMI-nin qiymətləndirmələrinə əsasən, dünya üzrə 43 milyondan çox yetkin istehlakçı tərəfindən istifadə olunub; onların bir çoxu siqareti tərgitmiş və ya istifadəsini əhəmiyyətli dərəcədə azaltmışdır. Tüstüsüz biznes 2026-cı ilin birinci rübündə PMI-nin ümumi xalis gəlirlərinin 43%-ni təşkil edib. 2008-ci ildən etibarən PMI siqaret çəkməyə davam edən yetkin şəxslər üçün innovativ tüstüsüz məhsulların hazırlanması, elmi əsaslandırılması və kommersiyalaşdırılması məqsədilə 16 milyard ABŞ dollarından çox investisiya yatırıb və siqaret satışını tamamilə dayandırmağı hədəfləyir. Bu fəaliyyət çərçivəsində xüsusilə pre-klinik sistem toksikologiyası, klinik və davranış tədqiqatları, eləcə də satış sonrası bazar araşdırmaları sahələrində dünya səviyyəli elmi qiymətləndirmə imkanları yaradılıb.
Elmi əsaslara söykənən hərtərəfli qiymətləndirmədən sonra ABŞ Qida və Dərman İdarəsi (FDA) Swedish Match şirkətinin ümumi snus və ZYN nikotin paketlərinin, həmçinin PMI-nin IQOS cihazları və istehlak materiallarının bəzi versiyalarının satışını təsdiqləyib – bu kateqoriyalar üzrə ilk belə icazələr verilib. IQOS cihazlarının və istehlak materiallarının bəzi versiyaları, eləcə də ümumi snus məhsulu FDA tərəfindən ilk dəfə “Modifikasiya olunmuş riskli tütün məhsulu” (Modified Risk Tobacco Product) statusu da əldə edib.
Həyat elmləri sahəsində güclü baza və geniş təcrübəyə malik olan PMI uzunmüddətli perspektivdə sağlamlıq və rifah sahələrinə genişlənməyi qarşısına məqsəd qoyub.
Daha ətraflı məlumat üçün www.pmi.com və www.pmiscience.com saytlarına daxil ola bilərsiniz
Şirkətin filialı Azərbaycanda 2024-cü ilin avqust ayında açılıb və hazırda IQOS məhsulları yerli bazarda mövcuddur.
Kantar haqqında
Kantar marketinq məlumatları və analitikası sahəsində dünyanın aparıcı şirkətidir. O, brendlərin inkişafını dəstəkləmək üçün zəruri məlumatlar təqdim edir.
Kantar təşkilatlara sürətli və inamla qərar qəbul etməyə kömək edən siqnallar təqdim edir. Şirkət proqnozlaşdırıcı sübutlara əsaslanan effektiv marketinq qərarlarının qəbulunda brendləri gücləndirir. Eyni zamanda, istehlakçılar, brendlər və biznes dəyəri arasındakı əlaqəyə əsaslanan güclü inkişaf strategiyalarının hazırlanmasına kömək edir.
Bütün bunlar Kantarın unikal güclü insan və sintetik məlumatları, bənzərsiz intellektual mülkiyyəti, süni intellekt əsaslı platforması və bu elementləri bir araya gətirən qlobal brend ekspertləri komandası sayəsində mümkün olur.
Kantar BrandZ haqqında
Kantar BrandZ brend dəyərinin qiymətləndirilməsində qlobal standartdır və brendlərin bizneslərin maliyyə göstəricilərinə verdiyi töhfəni ölçür.
Kantarın illik qlobal və yerli brend qiymətləndirmə reytinqləri ciddi şəkildə təhlil edilmiş maliyyə məlumatlarını geniş brend kapitalı araşdırmaları ilə birləşdirir. 1998-ci ildən bəri BrandZ 54 bazarda 22,000-dən çox brend üzrə 4,6 milyon istehlakçı ilə aparılmış müsahibələrə əsaslanaraq biznes liderləri ilə brend quruculuğu üzrə dəyərli məlumatları paylaşır.
Kantar BrandZ haqqında daha çox məlumatı BrandZ: intelligence on the world's most valuable brands keçidindən əldə edə bilərsiniz.















