Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarına 158,7 milyon manat investisiya qoyulub.
Azərbaycanda sənaye istehsalı cüzi artıb
FED.az agentliyə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 dəfə çoxdur.
Sənaye zonalarında sahibkarlar üçün əlverişli biznes və investisiya mühiti formalaşdırılıb. İnvestorların fəaliyyətinin təşviqi məqsədilə sənaye parklarının rezidentlərinə qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə mühüm vergi və gömrük güzəştləri tətbiq olunur. Belə ki, rezidentlər əmlak, torpaq və mənfəət vergilərindən azad edilir, həmçinin istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə 10 il müddətində ƏDV və gömrük rüsumu tətbiq edilmir. Bu güzəştlər investorların xərclərinin optimallaşdırılmasına, istehsal imkanlarının genişləndirilməsinə və yeni investisiyaların cəlbinə əlavə stimul yaradır.













