Süni intellekt hadisələrin sürətli aşkarlanması, təhlili və prioritetləşdirilməsi proseslərində getdikcə daha böyük rol oynayır və kibermüdafiənin əsas elementlərindən birinə çevrilir.
"ChatGPT" son bir ildə Azərbaycandakı bazar payının 16 %-ni itirib
FED.az xəbər verir ki, bu fikirləri IV Milli Təhlükəsizlik Forumunda keçirilən “Rəqəmsal Transformasiyada Kiber Çağırışlar” adlı panel müzakirəsində "AzInTelecom" MMC-nin Kibertəhlükəsizlik Şöbəsinin rəhbəri Elşən İsmayılov səsləndirib.
Onun sözlərinə görə, bu, "AzInTelecom"un gündəlik fəaliyyətində yaxından görünür:
"Bu gün biz yalnız bulud və texnologiya xidmətləri göstərən qurum deyilik, ölkənin kritik infrastruktularının monitorinqi bizim üzərimizdədir. Xüsusilə də, "AZCON Holdinq"in tərkibində yerləşən nəqliyyat qurumları ilə işləmək bizə göstərir ki, kiber təhlükəsizlik yalnız proqram təminatı və ya texniki məsələlərdən ibarət deyil. Burada söhbət nəqliyyatın dayanıqlılığından, kritik infrastruktularun fasiləsiz işləməsinin təmin olunmasından və milli rəqəmsal kibertəhlükəsizlikdən gedir. Bəzən saniyələr qədər gecikmələr belə kritik rəqəmsal infrastrukturun ciddi təsirlər yarada bilir".













