Biz "Azercell" olaraq süni intellektdən daha geniş istifadə edirik. Süni intellekt sayəsində biz məlumatların dəqiqliyini təmin edirik.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri IV Milli Təhlükəsizlik Forumunda “Rəqəmsal Transformasiyada Kiber Çağırışlar” adlı panel müzakirədə "Azercell Telekom" MMC-nin Kibertəhlükəsizlik Şöbəsinin Rəhbəri Mais Şərifli deyib.
"Süni intellektin digər bir üstünlüyü 7/24 əlçatanlıqdır, yəni süni intellekt daima işləyir - xəstələnmir, gecikmir və s. Bundan əlavə biz süni intellektdən istifadə sayəsində işləri daha sürətli - 40 dəfəyədək daha sürətli həyata keçiririk. Biz şirkət olaraq bir dəqiqə 1,7 milyon datanı analiz edirik, bunu insan əməyi ilə etmək mümkün deyil, buna görə süni intellekti tətbiq etdik".
Mais Şərifli bildirib ki, süni intellekt insanları əvəz etmək üçün deyil, işləri daha keyfiyyətli etmək üçün istifadə olunur:
"Çünki təhlükəsizliyi yalınız maşınlarla və ya yalnız insan əməyi ilə təşkil etmək mümkün deyil. Süni intellektin tətbiqi işçilərin ixtirasına gətirib çıxarmayacaq. Məsələn biz 2026 və 2027-ci il üzrə bir hesablama apardıq. Məlum oldu ki, hazırki komandaya əlavə 30 nəfər işçi lazım oldu, nəinki ixtisarlar".













