Müştərilərinə hər zaman keyfiyyətli xidmət göstərməyi və onların etibar etdiyi pərakəndə satış brendi olmağı qarşısına məqsəd qoyan BRAVO bu dəfə alıcıları ilə fərqli formatda görüş təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu il fəaliyyətinin 10-cu ildönümünü qeyd edən BRAVO gələcək inkişaf istiqamətlərinin, strateji prioritetlərinin və məhsul portfelinin formalaşdırılmasında müştəri rəylərinə xüsusi önəm verir. Müştəri məmnuniyyəti şirkətin əsas dəyərlərindən biri olduğundan, BRAVO xidmət keyfiyyətinin daha da təkmilləşdirilməsi məqsədilə alıcılarını baş ofisində keçirilən xüsusi görüşə dəvət edib.
Görüş zamanı iştirakçılar BRAVO marketlər şəbəkəsi ilə bağlı fikirlərini, təkliflərini və gözləntilərini birbaşa şirkətin İdarə Heyəti üzvləri ilə bölüşmək imkanı əldə ediblər. Müştəri təcrübəsi, məhsul çeşidi, xidmət səviyyəsi, bazar yenilikləri və kampaniyalar kimi mövzular ətrafında aparılan müzakirələr qarşılıqlı fikir mübadiləsi şəraitində keçib.
Tədbir çərçivəsində BRAVO-nun məhsul seçim prinsipləri, keyfiyyətə nəzarət mexanizmləri və şirkətin korporativ dəyərləri barədə ətraflı məlumat təqdim olunub. Eyni zamanda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onların rəy və təklifləri diqqətlə dinlənilib.
Görüşün sonunda iştirakçılara BRAVO Brendinə məxsus qida və qeyri-qida məhsullarından ibarət hədiyyə paketləri təqdim olunub.
Qeyd edək ki, 10 illik fəaliyyəti ərzində müştərilərinə hər zaman “Doğru Seçim” təqdim etməyi qarşısına məqsəd qoyan BRAVO, alıcıları ilə açıq və səmimi dialoqun qurulmasına xüsusi önəm verir.






![BRAVO müştərilərini baş ofisində qəbul etdi -[red] FOTOLAR[/red] | FED.az](upload/news/small/3727003.jpeg)
![BRAVO müştərilərini baş ofisində qəbul etdi -[red] FOTOLAR[/red] | FED.az](upload/news/small/1847030.jpeg)
![BRAVO müştərilərini baş ofisində qəbul etdi -[red] FOTOLAR[/red] | FED.az](upload/news/small/4403061.jpeg)
![BRAVO müştərilərini baş ofisində qəbul etdi -[red] FOTOLAR[/red] | FED.az](upload/news/small/934296.jpeg)
![BRAVO müştərilərini baş ofisində qəbul etdi -[red] FOTOLAR[/red] | FED.az](upload/news/small/4789816.jpeg)
![BRAVO müştərilərini baş ofisində qəbul etdi -[red] FOTOLAR[/red] | FED.az](upload/news/small/1933326.jpeg)








