2024-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 2 milyard 648,5 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici avqustun 1-nə olan dövr ilə müqayisədə 346,1 milyon manat və ya 15%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 369 milyon manat və ya 16,2 çoxdur.
2023-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 2 milyard 279,5 milyon manat olub.
Bu ilin 1 avqust vəziyyətinə bu göstərici 2 milyard 302,4 milyon manat təşkil edib.