ABB TamKart debet Classic, TamKart debet Standart və Azercell Co-brend kartları üzrə daha sərfəli şərtlərlə yeni kampaniyaya start verib.
Hər kəsə onlayn kredit - YENİ ÜNVANDA!
Kampaniya çərçivəsində qeyd olunan kartları ABB Mobile tətbiqi və ya Bankın rəsmi saytı vasitəsi ilə onlayn qaydada artıq pulsuz sifariş etmək mümkündür. Bu kartlarla “Kartdan-karta xidməti”ndən istifadə və nağdlaşdırma imkanları da genişləndirilib.
Beləki, müştəri aylıq 7 min manatlıq və ekvivalentində limit çərçivəsində heç bir komissiya haqqı ödəmədən ölkədaxili bütün banklara “Kartdan-karta” pul köçürə, yaxud nağdlaşdırma apara bilər. Nağdlaşdırmanı ölkədəki bütün bankların ATM-lərində komissiyasız aparmaq mümkündür.
30 dekabr tarixinədək davam edəcək kampaniyanın şərtləri əsasında TamKart debet Classic, TamKart debet Standart və Azercell Co-brend kartlarında qalığa hesablanan faiz dərəcəsi də 7%-dək artırılıb. Bununla da kart hesabında vəsaiti olan müştəri indi 7% illik əlavə qazanc əldə edir.
Yeni şərtlərin daha bir mühüm üstünlüyü də var. Müştəri bu kartları ABB Mobile tətbiqi vasitəsi ilə sifariş etdikdə, kartı anında tətbiqdə görə bilər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.