Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin sağlamlaşdırılması və özəlləşdirilməsi istiqamətində tədbirləri davam etdirir.
“Aqrarkredit” 9 milyon manatlıq daşınmaz əmlakı satışa çıxarır
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
Bu istiqamətdə investisiya müsabiqələri dövlət əmlakına sərmayənin cəlb olunması, istehsal potensialının bərpası, müasir texnologiyaların tətbiqi və yeni iş yerlərinin yaradılması baxımından mühüm mexanizmlərdən biri hesab olunur.
"Qaradağ Şüşə Zavodu" ASC-nin dövlətə məxsus səhmlərinin satışı ilə bağlı elan edilmiş investisiya müsabiqəsinə bu ilin 19 may tarixində yekun vurulub. Həmin tarixdə müsabiqə komissiyası tərəfindən iddiaçıların təklif zərfləri açılıb, təqdim olunmuş təkliflər qiymətləndirilib və daha əlverişli şərtlər təklif edən "Nort Vest Konstrakşn" Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan edilib. Müsabiqə qalibi İnvestisiya Proqramı çərçivəsində şüşəəritmə sobasının və şüşə istehsalı avadanlıqlarının, eləcə də sexlərin əsaslı təmiri və yenidən qurulması, yeni istehsal xətlərinin, şüşəformalaşdırma avadanlıqlarının alınaraq quraşdırılması, həmçinin elektrik enerjisi, qaz təchizatı, su və kanalizasiya sistemləri üzrə infrastruktur təminatının yaxşılaşdırılması kimi öhdəlikləri həyata keçirməlidir.
"Nort Vest Konstrakşn" MMC tərəfindən investisiya qoyuluşu nəticəsində müəssisədə 200 yeni iş yerinin yaradılması planlaşdırılır.
Qeyd edək ki, dövlət müəssisələrinin investisiya müsabiqələri əsasında özəlləşdirilməsi iqtisadi aktivlərin dövriyyəyə qaytarılmasına, istehsalın yenilənməsinə və sahibkarlıq subyektlərinin sənaye sahələrinə daha fəal cəlb olunmasına xidmət edir.














