Company
Marketoloq
Son tarix 10 avq 2026 - [email protected]
Employer - Parfümeriya şirkəti
Office Location - Bakı, Ağ Şəhər
Vəzifənin əsas məqsədi
- Şirkətin marketinq strategiyasını hazırlamaq və həyata keçirmək, məhsulların bazarda mövqeyini gücləndirmək, marketinq komandasını formalaşdırmaq və effektiv idarə etmək, satışların artırılmasına yönəlmiş marketinq fəaliyyətlərini planlaşdırmaq və icra etmək.
Əsas vəzifə öhdəlikləri
- Şirkətin ümumi marketinq strategiyasını hazırlamaq və həyata keçirmək;
- Məhsul marketinqi üzrə fəaliyyətləri planlaşdırmaq və idarə etmək;
- Yeni məhsulların bazara çıxarılması prosesini koordinasiya etmək;
- Marketinq büdcəsini hazırlamaq və idarə etmək;
- İllik, rüblük və aylıq marketinq planlarını hazırlamaq;
- Marketinq komandasını formalaşdırmaq, inkişaf etdirmək və idarə etmək;
- Reklam və kommunikasiya kampaniyalarının hazırlanmasını və icrasını təmin etmək;
- Rəqiblərin və bazarın təhlilini aparmaq, bazar tendensiyalarını izləmək;
- Satış komandası ilə sıx əməkdaşlıq edərək satışları dəstəkləyən marketinq fəaliyyətlərini həyata keçirmək;
- Marketinq fəaliyyətlərinin effektivliyini ölçmək və mütəmadi hesabatlar hazırlamaq.
Namizədə tələblər
İş təcrübəsi
- Marketinq sahəsində minimum 5 il iş təcrübəsi;
- Məhsul marketinqi üzrə praktik təcrübə;
- Marketinq komandasının qurulması və idarə olunması sahəsində təcrübə.
Peşəkar bilik və bacarıqlar
- Strateji marketinq planlarının hazırlanması;
- Marketinq strategiyasının yaradılması və icrası;
- Güclü planlaşdırma və təşkilatçılıq bacarığı;
- Layihələrin idarə olunması;
- Analitik düşüncə və qərarvermə bacarığı;
- Büdcənin idarə olunması;
- Liderlik və komanda idarəetmə bacarığı;
- Güclü təqdimat və ünsiyyət bacarıqları.
Dil bilikləri
- Azərbaycan dili – əla;
- İngilis dili – yaxşı
- Rus dili – yaxşı
Kompüter bilikləri
- MS Office proqramları
- Marketinq analitika alətləri və rəqəmsal marketinq platformaları üzrə biliklər üstünlük hesab olunur.
İş şəraiti
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00 – 18:00)
- Əmək haqqı: 2,500 AZN + bonus
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Marketoloq” qeyd etməklə yönləndirmələri xahiş olunur.
















