Azərbaycanda aqrar sahə, kənd təsərrüfatında yaradılmış şərait və biznes imkanları başqa sahələrdə çalışan şirkətlərin də diqqətini cəlb edir. İndiyədək fərqli sahələrdə fəaliyyət göstərən biznes qrupları da kənd təsərrüfatına yatırımlar etməyə başlayıblar.
Meyvə bağları və əkin sahələri üzrə - AQRAR SIĞORTA ÖDƏNIŞLƏRİ 4 DƏFƏ ARTIB
Ölkənin tanınmış şirkətlərindən olan, yüksək keyfiyyətli plastik və metal boruları istehsalı ilə milli brendə çevrilmiş «METAK» şirkəti də bir neçə il əvvəldən başlayaraq öz fəaliyyətinə kənd təsərrüfatını da əlavə edib. Ola bilər əksəriyyət bundan xəbərsizdir – amma «METAK»ın hazırda Qusar rayonunda böyük meyvə bağları var və o ölkənin əsas meyvə istehsalsı və ixracçılarından biridir.
Üstəlik, hazırda «METAK» meyvə bağarının salınması və bağçılıq üzrə avadanlıqların istehsalı ilə də məşğuldur, yəni faktiki olaraq aqrar xidmətlər göstərən şirkətə çevrilib. «METAK» keyfiyyəti ilə tanış olanlar bu xidmətlərdən həvəslə istifadə edirlər.
Şəmkir fermerləri indi də xurmadan qazanır - "MƏHSULU ELƏ YERİNDƏCƏ, BAĞDA SATIRLAR"- FOTOLAR
Bu proses, bağçılıq sahəsində imkanlar və problemlər, eləcə də «Metak»ın qarşıdakı planları ilə bağıl FED.az-ın suallarını şirkətin sahibi və rəhbəri, tanınmış idarəçi Alik Kərimov cavablandırır.
- Alik müəllim, bir neçə il əvvələ qədər «METAK» plastik və metal boruları istehsalı ilə tanınırdı, indi isə şirkət öz fəaliyyətinə tamamilə fərqli sahəni – kənd təsərrüfatı, meyvə bağçılığını da əlavə edib. Necə oldu ki, bu sahəyə gəldiniz?
- Bilirsiniz, Azərbaycanda aqrar sektorda o qədər həll olunmamış məsələlər və görüləsi işlər var ki, biz də bacardığımız qədər bu prosesə töhfəmizi qatmaq istəyirik.
- Şimal bölgəsində METAK təkcə boruları ilə deyil, həm də meyvə, daha dəqiqi alma bağları ilə məşhurdur. İndi sizin hansı bağlarınız var?
- Ümumilikdə 200 hektar sahəmiz var. Bunun 142 hektarı meyvə bağıdır. Ən çox hissə, yəni 82 hektar alma bağları, digərləri isə nektarin, şaftalı, armud, gilas və bir az da gavalı əkmişik.
- Siz aqrar sahəyə sonradan gəldiyiniz üçün proseslərə kənardan baxmaq imkanınız var – bu sahədə iş şəraiti necədir? Sahibkar kimi, bu sektorda hansı problemləri və imkanları görürsünüz?
- Hazırda işimizə maneçiliyi olan ciddi problemimiz yoxdur. Niyə? Çünki dövlətin aqrar siyasəti çox doğrudur. Bizim ulu öndərimiz hələ 1993-cü ildə hakimiyyətə gələn kimi torpağı kəndliyə verdi. Bu sahədə təmiz bazar münasibətləri yarandı, torpaq özəl mülkiyyətə çevrildi, onun sənədi var, alınıb-satılır. Təmız bazar münasibətləri yarandı. Amma əvvəllər problemlər var idi…
Ərik bağı, yoxsa üzüm bağı? – HANSI BAĞI SALMAQ DAHA SƏRFƏLİDİR – İQTİSADİ MÜQAYİSƏ
- Hansı problemlər vardı?
- Kənd təsərrüfatına subsidiya verilmirdi. Bank sistemi də çox zəif idi, üstəlik banklar kənd təsərrüfatını riskli bir sektor hesab edirdi (ona görə də bu sahəyə kredit ayrılmırdı). Amma yavaş-yavaş iş adamları kənd təsərrüfatına maraq göstərdi, nəticədə Azərbaycan idxalçı bir ölkədən böyük bir ixracatçıya çevrildi, yəni iş adamlarımız bunu bacardılar. Dövlət də onları dəstəkləməyə başladı. İstixanaların necə inkişaf etdiyini, pomidorun ixrac məhsulu olaraq hansı səviyyələrə qədər yüksəldiyini görürsünüz. İndi isə növbə meyvələrindir, Azərbaycan alma, çəyirdikli meyvələr - nektarin, gilas sahəsində öz sözünü deyəcək, çünki bu sahədə böyük imkanlar var, yeni-yeni bağlar salınır.
- Alik müəllim, biz fermerlərlə, bağ sahibləri və sair kənd təsərrüfatında çalışan şirkətlərlə danışanda onlar müxtəlif məsələləri qaldırırlar. Siz də dediniz ki, müəyyən məsələlərin həll olunması lazımdır. Nəyi nəzərdə tutursunuz, nəyin dəyişməsini istəyirsiniz?
- Baxın, kənd təsərrüfatı nazirimiz Məcnun müəllim (Məcnun Məmmədov – FED.az) yeni fəaliyyətə başlayıb, professional adamdır və bu sahədə ciddi işlər görür.
Mən hesab edirəm ki, bizim nazirimiz və ümumiyyətlə Kənd Təsərrüfatı Nazirliyimiz bizim üçün bir requlyator, tənzimləyici olmalıdır. Yəni nazirliyin yaratdığı məlumat bazasına, onun verdiyi tövsiyələrə hər kəs qulaq asmalı və əməl etməlidir. Çünki dövlət qurumları ölkə üzrə makro iqtisadiyyatda, kənd təsərrüfatında hansı tendensiyaların olduğun izləyir və daha yaxşı bilirlər.
- Gəlin bir qədər dəqiqləşdirək, hansı məsələləri nəzərdə tutursunuz?
- Məsələn, siz bilirsiniz ki, Azərbaycandan Rusiyaya böyük həcmdə kənd təsərrüfatı məhsulu satılır. Bizim necə deyərlər, əsas bazarımız Rusiyadır, başqa bazarlara mal sata bilmirik.
Məsələn, biz Dubaya mal göndərib, pul qazana bilmirik. Çünki yaxında İran var, sadəcə dənizdən dənizə malını oraya satır, problemsiz. Digər tərəfdən böyük alma istehsalçısı olaraq Çin var. Təsəvvür edin, Çin ildə 44 milyon ton alma istehsal edir, biz Çinlə rəqabət apara bilmərik. İkinci istehsalçı Polşadır, ildə 4 milyon ton ton. Bunlardan başqa, bazarda ABŞ, Argentina, Fransa var. Doğrudur, dad baxımından bizim Azərbaycanın almasının dadına çatan yoxdur, bunu hər yerdə gəzib görürük, almamızın rəqibi yoxdur. Amma onun xaricə çatdırılması logistikası, çox baha başa gəlir.
Qaragilə bağlarının hər hektarına görə fermerlərə 15000 manat birdəfəlik əkin subsidiyası veriləcək
- Belə vəziyyətdə dövlət qurumlarından, o cümlədən Kənd Təsərrüfatı Nazirliyindən hansı dəstəyi gözləyirsiniz?
- Dediyim kimi, bizim üçün əsas bazar Rusiyadır. Rusiya bizim üçün ən vacib və yaxın bazarıdır, amma yaxın illərdə bu bazarı itirə bilərik. Daha dəqiqi, biz onu gözümüzün qabağında artıq yavaş-yavaş itirməyə başlamışıq. O bazar olmayandan sonra bizim fermerlər çətinlik çəkəcək.
Nazirlik bu halda neyləməlidir? Beş il bundan öncə Rusiya dövləti, subsidiya qanunları qəbul edərək öz ərazisində meyvə bağlarına dəstək verməyə başlayanda nazirlik bu prosesi analiz edib bizə deyə bilərdi ki, beş ildən sonra bazarı itirəcəksiniz, gəlin, biz də dəstək olaq, tədbir görək. Çünki bütün dünyada dövlət qurumlarının ana məqsədi fermerləri yönləndirməkdir, fermer itirəndə son nəticədə bizim dövlətimiz də itirir.
- Biz FED.az olaraq bu sahəni analiz etmişdik və məlum oldu ki, neftdən sonra ən çox ixrac olunan 10 məhsulun hamısı Rusiyaya ixrac olunur. Yəni Rusiya ilə bağlı istənilən geopolitik risk olsa bizim bazar dayana bilər. Məsələn, siz Polşanı misal çəkdiniz, Polşa almaları sanksiyaya görə Rusiyaya satıla bilmir, amma sabah bu problem aradan qalxandan sonra Rusiyaya bizim almaların ixracı zəifləyə bilərmi? «Metak» həmişə kənardan kömək gözləyən şirkətlərdən deyil, həmişə öz problemlərinizi özünüz həll etməyə çalışmısınız. Siz Rusiya bazarında alma ilə bağlı yaranan çətinliklərə görə hansı addamları atırsınız?
- Biz müəyyən tədbirləri görürük, məsələn artıq alma sahələrimizi böyütmürük. Bizim ümumi ərazimiz 200 hektar civarındadır, bunun 142 hektarı bağdır. Alma bağlarımız 82 hektardır, bi zonu artırmırıq. Əvəzində çəyirdəkli meyvələri artırmağa başlamışıq, superintensiv gilas əkəcəyik. Biz artıq bu istiqamətdə inkişaf etmək istəyirik.
Amma mövcud alma bağlarını da unutmuruq, onu biz qırıb, məhv edən deyilik, çalışırıq onu təkmilləşdirək.
Məsələn, bizdə yaşıl alma var, onun meyvələri günün altında yana bilər, ona görə biz onun üzərini bağlayırıq. Artıq 6 hektarı qurmuşuq və bu iş davam edir. Yəni biz optimizasiya edirik, premium meyvə yetişdirməyə çalışırıq. Bir sözlə, biz mövcud bağları qırıb, məhv edən deyilik, yalnız onu təkmilləşdirib gücləndiririk.
- Bəs şaftalı ilə bağlı vəziyyət necədir? Son illər Azərbaycanda aktiv şəkildə şaftalı-nektarin bağları salınır. Rusiyada alma ilə bağlı yaranan vəziyyət, risklər, şaftalı üçün də baş verə bilərmi?
- Mən şaftalı ilə bağlı heç bir problem və təhlükə görmürəm. Çünki Rusiya heç bir zaman bizim bizim həcmlərdə şaftalı yetişdirə bilməz. Onlarda cənub bölgələrində, Krosnadarda hərdən elə bir şaxta olur ki, onlar o işə girişmirlər.
Hələ ki, Azərbaycan gilası da, nektarin də çox rahatlıqla Rusiyada satır və Rusiyada bu miqdarlar heç vaxt ümumiyyətlə olmayıb. Doğrudur, Rusiyaya şaftalı həm də Özbəkistandan və Ermənistandan gəlir, amma Azərbaycanın malları premiumdur. İkincisi də, o bazarın oyunçuları azərbaycanlılardır, necə deyərlər, o iş artıq Azərbaycanındır.
- Bəs məhsulları, istehsal olunan meyvələri Rusiyadan başqa bazarlara çıxarmaq barədə planlarınız var?
- Biz artıq yerli bazarda, Azərbaycanda da işləməyə başlamışıq. «Bravo»ya, «Araz market»lərə, «Veysəloğlu»ya məhsul göndəririk. Biz «Meyvəli» bazarına da meyvə verirdik, amma nə oldu – orada alverçilər ikinci, üçüncü sort malı alıb bizim yeşiyə qoyur, alıcıları aldadırdılar.
Bununla bağlı bir maraqlı məsələni də sizə qeyd edim. «Bravo»ya təzə rəhbər gəldi, səhv etmirəmsə, Portuqaliyadandır, əvvəl Moskvada işləyib. O Bakıda mağazalara girəndə soruşurdu ki, biz Moskvada Azərbaycan almaları, meyvələri görürük, premium məhsuldur, amma Bakıda mən onu tapa bilmirəm, hardadır?
Onu Meyvəliyə aparıblar, vəziyyəti görüb, bildiriblər ki, axtardığı METAK-ın məhsullarıdır, «Metak»a gəlməyi, istehsal prosesinə baxmağı məsləhət görüblər. Sentyabr ayında bizim bağlara gəldi, qızğın yığım gedirdi. Yeri gəlmişkən, biz Azərbaycan üçün yığımın texnologiyasını da hazırlamışıq, xüsusi arabalar gətirmişik. «Bravo»nun rəhbəri bunu görüb dedi ki, nəhayət, mən Azərbaycan məhsulunu gördüm. Dedim, sizin xəbəriniz yoxdu, Azərbaycanda bu işi görən professionallar var.
Torpaqda nə əkmək sərfəlidir, kartof, yoxsa yer kökü? – HESABLAMA, MÜQAYİSƏ
- Alik müəllim, bu tsikli tamamlamaq üçün yəqin METAK-ın soyuducu anbarı da var, elədir?
- Əlbəttə, soyuducu anbar, bu zəncirlər sisteminin əhəmiyyətli halqasıdır.
- Bəs Rusiyadan kənar xarici bazarlara çıxmaqla bağlı işlər necədir? Yəni məhsulu başqa ölkələrə satmaq imkanı yoxdur?
- Xarici bazarda xeyir, diversifikasiya yoxdur və mən inanmıram ki, yaxın vaxtlarda olsun. Şimal-cənub dəhlizi açılsa meyvələri Hindistana göndərmək olar, bu ölkənin çox böyüyən meyvə bazarı var, tələbat get-gedə artır. İndi bu dəhlizi gözləyək, əgər biz görsək ki, bu dəhliz işləyir, biz meyvəmizi Hindistana göndərə bilərik.
Azərbaycanın dünyada 3-cü olduğu meyvə – XURMA BAĞI NECƏ SIĞORTA EDİLİR? – ŞƏRTLƏR, TARİFLƏR
- Alik müəllim, bəs meyvələri, almanı, şaftalını niyə Avropaya göndərmirik, bununla bağlı hər hansı problem var?
- Baxın, Avropanın şərtləri çox sərt və ciddidir. Həmçinin Avropanın özünün kifayət qədər meyvəsi, o bazarın da oyunçuları var. O cümlədən şaftalı meyvəsi üzrə, bu məhsulu Serbiya, İspaniya, Makedoniya da istehal edir. Onlar bu sahədə çox güclüdülər.
Həmin bazara daxil olmaq üçün çox böyük bir şirkət böyük vaxt sərf etməli, həm də ciddi investisiya yatırmalıdır.
Bizim burda da işimiz kifayət qədərdir və qarşıma belə bir məqsəd qoymamışam. Mənim işim odur ki, Azəbaycanda nə istehsal olunmur, fermerlər nədən əziyyət çəkirsə, onu edim.
Torpağın varsa işə başla: 1 hektar bağ salmaq neçə başa gəlir? – HESABLAMA, MƏBLƏĞLƏR
- Yeri gəlmişkən, sizin stendinizdə (Kənd təsərrüfatı sərgisindəki stenddə – FED.az) tinglər də nümayiş olunurdu. «Metak» tingçilik işinə də başlayıb?
- Hazırda dekorativ bitkilərin yerişdirilməsi və satışı ilə məşğuluq, bunun üçün 25 hektar yer ayrılıb, ayrıca istixana da tikilib. Eyni zamanda öz meyvə tinglərimizi də istehsal etməyə başlamışıq və bağlarımızı öz tinglərimizlə salırıq.
- Bu ideya hardan yarandı, daha sərfəli olsun deyə belə etdiniz?
- Öz meyvə bağlarımızı salanda biz tingləri cürbəcür ölkələrdən, Türkiyə, İtaliya, Fransadan, Hollandiyadan, İspaniyadan gətirdik. Nəticə olaraq biz gördük ki, özümüz calaqaltını Hollandiyadan gətirib, qalan işləri burda yerində, bağın içində eləyəndə o tinglər çox uğurlu olur.
Çünki bir var ki, siz hazır ağac gətirirsiniz, o ağac buraya günlərlə gəlib çıxır, soyuducu maşına yüklənir, gəlir, sonra müəyyən müddətdə hardasa qalır, çünki o həmin günü əkilə bilməz, ağaclar da stressə düşə bilir.
Bizdə isə tingçilik bağın ortasındadır. Təsəvvür edin ki, biz ağacı, yetişdirdik, böyütdük, bəslədik, hər şey gözümüzün qabağında baş verdi ona nə dərman verilib, hər şeyi bilirik. Sonra onu götürüb, bir gün içində torpaqdan çıxarıb təzədən əkdik. O ağaclar ən sağlam ağaclarımızdır. Yəni biz gördük ki, biz heç bir ölkə ilə müqayisədə zəif ağac yetişdirmirik.
Azərbaycan sahibkarları Dağıstanda meyvə bağları salacaqlar
- Belə çıxır ki, meyvə tinglərinin satışına da başlaya bilərsiniz?
- Biz hələlik bazara çıxmamışıq. Bunun üçün müəyyən şərtlər var, laboratoriya və sair tələblər ödənilməlidir. İndi biz onların da üzərində işləyirik, inşallah, onları həll edəndən sonra biz artıq bazara çıxacağıq.
- Alik müəllim, belə çıxır «Metak» təkcə öz meyvə bağları ilə yanaşı, ümumiyyətlə başqa sahibkarlara da meyvə bağı salmaq xidməti də göstərir? Çünki əvvəllər kiçik torpaq sahələrində bağ salmaq əlverişli sayılmırdı, amma son vaxtlar kənd təsərrüfatındakı yeni texnologiyalar hesabına indi kiçik sahələrdə də bağlar salınır…
- Bəli, elədir, xırda fermerlər öz torpaqlarını satmadılar. Doğrudur, 1-2 hektar sahəsi olan olan ərazilərdə intensiv bağ salmaq və onu idarə etmək bir qədər çətindir, yatırım etmək də risklidir. Amma artıq bu proses başlayıb. Biz onu nədən hiss edirik? Bildiyiniz kimi, biz «Metak» olaraq intensiv bağlar üçün beton dirəklər istehsal edirik. Bu məhsulun keyfiyyətini Azərbaycanda artıq hamı bilir. Nəticədə indi bizim zavod dayanmadan işləyir, hamı dirək alır. Və təsəvvür edin ki, artıq xırda fermerlər də bizdən bu dirəkləri almağa və bağ salmağa başlayıblar. Təsəvvür edin, bir hektar ərazisi olan adam artıq adi ata-baba növlə əkmir, intensiv bağ salır.
Quba və Xaçmazda təsərrüfatlara 100 min manata yaxın aqrar sığorta ödənişi edilib - FOTOLAR
- Əslində kiçik sahənin səmərəli istifadə etməyin yolu ancaq belədir.
- Bəli, artıq hamı damlama suvarma, dirək sistemi qurur. Başqa bir yenilik də var ki, indi getdikcə daha çox bağ sahibi, həm iri, həm də xırda fermerlər bağlarının üstünü bağlamaq – xüsusi torla örtmək istəyirlər. Çünki bu bağın risklərini azaldır, yağışdan, doludan, günəş vurmadan qoruyur.
- Yəni bağların üstünü xüsusi torla bağlamaq, bu üsula maraq göstərənlər çoxdur, siz bu xidməti də göstərirsiniz?
- Bəli, bununla maraqlananların sayı artmaqdadır. Biz yəqin ki, gələn ildən sərgilərdəki stendimizdə də onu nümayiş etdirəcəyik. Çünki həddindən artıq çox maraq var. Azərbaycanda bu işdə ixtisaslaşmış şirkət yoxdur. Çünki bunun bəzi hissələrini biz Azərbaycanda istehsal edirik. İstehsal eləməsək də onu idxal eləmək olar və bunu biz düşünürük.
- Alik müəllim, maraqlıdır, sizin biznesinizdə kənd təsərrüfatı və ondan əlaqəli olan hissə neçə faiz pay tutur.
- Faiz baxımından azdır. Bizim metal boru zavodumuz işləyir və yeni - 219 xətti də gəldi, Azərbaycanda bu unikal xətdən yoxdur. Onun unikallığı odur ki, boru xaricdən gəlirdi, lakin indi artıq Azərbaycanda istehsalı var. Bundan başqa, profillər var, məsələn 200-150-yə, 200-100-ə, 160-160-a profillərdir. Bu profilləri biz idxal edirdik. Amma artıq Azərbaycanda istehsalı var, ona görə o sahə bizdə inkişaf edir. Kənd təsərrüfatının payı faiz olaraq inanmıram ki, böyüdü, bəlkə də əksinə, faiz olaraq azaldı. Amma biz kənd təsərrüfatında da dayanmamışıq, baxın, bu, bizim yeni istehsalımızdır.
- Müxtəlif şirkətlər meyvə daşımaq üçün yığılıb açılan qutuların istehsalına başlayıb. Bu qutulardan siz də istehsal edirsinizmi?
- Biz hazırda iki şirkətə qurğular aparırıq – «Bravo» və «Veysəloğlu». Yığılan qutuları marketlərə arendaya verirlər, ondan istifadə olunduqdan sonra götürüb aparır, yuyur və dezinfeksiya edir, yenidən istifadə edirlər. Bu ayrıca bir biznesdir, mənə təklif etdilər ki, o biznesə girişim, amma buna 20-25 milyon avro investisiya lazımdır, biz buna razılaşmadıq. Hazırda «Bravo» bizə onun istehsalçısı olmağı təklif edir, mən buna razıyam.
- «Metak»ın güclü boru biznesi də var. Amma bazarda çoxlu şirkətlər yaranır, məhsullarını buraxırlar. Qeyri-rəsmi işləyənlər də var. Onlar sizin bazara, məhsullarınızın satışına təsir edə bilir?
- Biz həmişə rəqabətli mühitdə işləmişik, keyfiyyət sistemi də çox güclü işləyir. Ona görə bəzən həmin o qarajlarda düzəldilən məhsulla müqayisədə bizdə daha keyfiyyətlidir. Bizdə original mallardır, ucuz istehsal deyil, ciddi müştəri bizim malımızı alır. İstehsalçının bazarda yer tutması böyük investisiya tələb edir. Mən bunun üçün neçə il itirdim, Azərbaycan məhsulunu bazara çıxara bilmək üçün çox vaxtım getdi.
Xatırlayırsınızsa, bir vaxtlar Azərbaycanın boru bazarının 99 faizi «Fırat Boru»nun əlində idi, daha doğrusu o məhsulu satan azərbaycanlıların əlində idi, onlar böyük pullar qazanırdılar. Mən bu şəraitdə istehsala başladım, bazara girə bilmək üçün çox əziyyət çəkdim. Amma bu gün «Fırat» Boru ilə vidalaşmışıq, xaricdən gələn mal gizli satışdadır indi, firma dükanlarında satılır.
- Bəs borunun xaricə ixracı ilə bağlı vəziyyət necədir? Belə keyfiyyətli məhsulu ixrac etmək çətin olmamalıdır.
- Xarici ölkəyə boru ixracımız var. Biz bir az Gürcüstana, bir az da Özbəkistana ixrac edirik. Yavaş-yavaş işləyirik, amma Özbəkistana daimi göndərişlərimiz var, buraya boruları TIR-larla göndəririk, artıq orada satış sistemi, partnyorumuz da var.
- İndi yeni plastik məhsullara da ehtiyac yaranıb. Məsələn, istixana üçün plastik örtüklər (klyonka) deyilən məhsul. Onun istehsalını düşünmürsünüz?
- Xeyr, Azərbaycanda bu sahədə artıq ciddi istehsalçılar var, biz də onlardan alırıq. Mən hesab edirəm ki, iş bölgüsü olmalıdır, bizim artıq seqmentimiz var. Biz o seqmentdə inkişaf edirik, orda yeni bir hal çıxsa, biz tətbiq edəcəyik. Amma mən hər gördüyünm şeyə girişim, bu doğru deyil.
"Hektara 15-20 ton məhsul götürürük - Daxili bazarda qiyməti 70 qəpikdir"