Azərbaycanda kənd təsərrüfatına marağın artması, xüsusilə iri təsərrfatların yaranması və texnikaya tələbatın artması nətiəsində ölkəyə traktor axını başlayıb.
Azərbaycanda zərər çəkmiş sığortalı fermerlərə - 6 MİLYON MANAT ÖDƏNILƏCƏK
FED.az xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana traktor idxalı ötən ilin eyni dövründən 50% artıq olub. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana ümumi 3 029 ədəd traktor idxal olunduğu halda, bu il həmin rəqəm 1 633 ədəd və ya 54% artaraq 4 662-yə çatıb.
Azərbaycanda kiloqramı 2400 manata çay satılır - BƏS ALICILARI KİMLƏRDİR?
Bu dövrdə ölkəyə gətirilən bütün növ traktorların sayı artıb. Ən çox artım dizellə işləyən traktorlarda baş verib – belə maşınların sayı 2 dəfədən çox artaraq ötən ilki 1330-dan 3,1 minə çatıb. Nəticədə əgər 2022-ci ildə ölkəyə gətirilən traktorların ümumi sayında dizel traktorları 44% təşkil edirdisə, indi bu rəqəm 665-ə yüksəlib.
Xaricə quru xurma satmaq daha sərfəlidir – BU ŞİRKƏT 6 ÖLKƏYƏ SATIR
Benzinlə işləyən traktorların da idxalı sürətlə artır. Gücü 18 kvt-a qədər və 18-37 kvt olan traktorların idxalı 3 dəfə, gücü 75-130 kvt olan traktorlar isə 2 dəfə artıb.
Bu il hətta ölkəyə elektriklə işləyən traktor da gətirilib – amma cəmi 1 ədəd və 17 min dollara.
Yevlax Pilot Aqroparkının ərazisində yeni - BAĞLAR SALINIR
Ölkəyə gətirilən traktorların qiyməti də artır. Məsələn, ötən il 18 kvt-lıq traktorların hər biri ölkəyə 5,1 min dollar idxal edilirdisə, indi bu rəqəm 10,5 min dollara yüksəlib.
Azərbaycan nar ixracından gəlirini 76% artırıb - 20 MİLYON DOLLARI KEÇDİ
Gücü 18-37 kvt olan traktorların qiyməti isə 10,5 min dollardan 14,4 min dollara yüksəlib. Gücü 130 kvt-dan çox olan traktorların qiymətində isə 50% artım var – ötən il 131 min dollar olduğu halda, bu il 190 min dollara çatır.
Malın adı |
yanvar-sentyabr, 2023 |
yanvar-sentyabr, 2022 |
||||
İdxal miqdarı |
Məbləğ (min dollar) |
1 ədədin qiyməti (dollar) |
İdxal miqdarı |
Məbləğ (min dollar) |
1 ədədin qiyməti (dollar) |
|
Dizel və yarı-dizel, təkərli traktorlar |
3093 |
68 159 |
22 037 |
1336 |
28 333 |
21 207 |
Dizel və elektrik mühərrikli təkərli traktorlar |
1 |
17 |
17 000 |
|
|
|
Tırtıllı traktorlar |
6 |
296 |
49 420 |
9 |
362 |
40 259 |
Təkərli traktorlar gücü 18 kvt-a qədər |
55 |
579 |
10 543 |
17 |
87 |
5 114 |
Təkərli traktorlar gücü 18-37 kvt |
167 |
2 412 |
14 444 |
64 |
674 |
10 540 |
Təkərli traktorlar gücü 37-75 kvt |
636 |
15 045 |
23 657 |
543 |
11 954 |
22 014 |
Təkərli traktorlar gücü 75-130 kvt |
656 |
23 820 |
36 311 |
311 |
11 104 |
35 705 |
Təkərli traktorlar 130 kvt-dan çox |
48 |
9145 |
190 521 |
41 |
5 389 |
131 449 |
Yarımqoşqular üçün təkərli traktorlar |
|
|
|
707 |
17 091 |
24 174 |
Yanaşı gedən sürücü tərəfindən idarə olunan traktorlar |
|
|
|
1 |
1.97 |
1 970 |
|
4 662 |
119 473 |
- |
3 029 |
75 000 |
|
Azərbaycana traktorların gətirildiyi ölkələr də dəyişir.
Traktor parkında MDB ölkələrinin payı azalır. 2022-ci ildə MDB ölkələrindən 513 ədəd traktor gətirilmişdi, yəni bütün traktorların 6-da 1-i. 2023-cü ildə isə bu rəqəm 624-ə yüksəlsə də, bütün traktorların cəmi 8-də 1-ni təşkil edir. Digər ölkələrdən idxal olunan trakktorlar isə 2 516 ədəddən 4 038 ədədə yüksəlib.
Yəni ötən il ölkəyə gətirilən traktorların 17%-i MDB-nin payına düşürdüsə, indi bu rəqəm 13%-ə düşüb. Xaricdən gətirilən traktorların payı isə 83%-dən 87%-ə yüksəlib.
Hər iki dövr ərzində MDB ölkələri arasında ən çox Belarusdan tarktor idxal olunub. 2022-ci il yanvar-sentyabr ərzində Belarusdan idxal olunmuş trakatorlar 425 ədəd olmuşdur, bu il isə bu rəqəm daha 187 ədəd artaraq 612 ədədə çatıb.
Digər ölkələrdə isə ən çox traktor Niderland və Almaniyadan gətirilir - 2022-ci ilin yanvar -sentyabr ayları ərzində Almaniya və Niderlanddan müvafiq olaraq 772 ədəd və 551 ədəd traktor gətirilmişdi. 2023-cü ilin eyni dövrü ərzində isə Almaniyadan – 1 147 ədəd , Niderlanddan – 1 193 ədəd traktor gətirilib – 2 qat artım var.
Hazırda ölkəyə ən çox traktor Niderlanddan gəlir. Bundan başqa, İsveç də Azərbaycana traktor göndərən ölkələrdəndir – 2022-ci ildə bu ölkədən 357 traktor gətirildiyi halda, 2023-də bu rəqəm 621-ə yüksəlib.
Azərbaycanın traktor bazarının gələcək lideri (buna şübhə yoxdur) olacaq Çindən idxal da sürətlə artır. 2022-ci ilin 9 ayında bu ölkədən 205 traktor gətirilsə də bu ilin 9 ayında rəqəm 551ə-ə yükəlib və artmaqdadır.
Müxtəlif ölkələrdən idxal olunan traktorların sayı cədvəldədir:
Malın adı |
yanvar-sentyabr, 2023 |
yanvar-sentyabr, 2022 |
||
MDB |
DİGƏR |
MDB |
DİGƏR |
|
Dizel və yarı-dizel, təkərli traktorlar |
12 Rusiya |
1137 Almaniya 1 Belçika 6 Çin 109 Fransa 1 İsveçrə 620 İsveç 1193 Niderland 1 Polşa 13 Türkiyə |
1 Belarus 1 Özbəkistan |
507 Almaniya 6 Çin 50 Fransa 3 İsveçrə 256 İsveç 510 Niderland 2 Türkiyə |
Dizel və elektrik mühərrikli təkərli traktorlar |
|
1 isveç |
|
|
Tırtıllı traktorlar |
|
5 İran islam Respublikası 1 İtaliya |
9 Özbəkistan |
|
Təkərli traktorlar gücü 18 kvt-a qədər |
|
2 Çin 52 Hindistan 1 Koreya |
|
13 Çin 4 Türkiyə |
Təkərli traktorlar gücü 18-37 kvt |
10 Belarus |
1 Almaniya 156 Çin |
|
45 Çin 19 Hindistan |
Təkərli traktorlar gücü 37-75 kvt |
257 Belarus |
224 Çin 26 İtaliya 129 Türrkiyə |
306 Belarus 20 Özbəkistan |
2 Almaniya 89 Çin 2 Fransa 24 Hindistan 25 İtaliya 1 Yaponiya 74 Türkiyə |
Təkərli traktorlar gücü 75-130 kvt |
345 Belarus |
6 Almaniya 12 Böyük Britaniya 163 Çin 12 Gürcüstan 4 Fransa 26 İtaliya 88 Türkiyə
|
118 Belarus |
10 Böyük Britaniya 49 Çin 15 Fransa 53 Hindistan 8 İran İslam Respublikası 58 Türkiyə |
Təkərli traktorlar gücü 130 kvt-dan çox |
|
3 Almaniya 2 Böyük Britaniya 41 Fransa 2 Finlandiya |
|
1 ABŞ 11 Böyük Britaniya 1 Flippin 28 Fransa |
Yarımqoşqular üçün təkərli traktorlar |
|
|
58 Özbəkistan
|
263 Almaniya 2 Çİn 37 Fransa 3 Hindistan 2 İsveçrə 101 İsveç 241 Niderland |
Yanaşı gedən sürücü tərəfindən idarə olunan traktorlar |
|
|
|
1 Çin |