Azərbaycanda kənd təsərrüfatı inkişaf etdikcə və torpaqlara maraq artdıqca, fermerlər ənənəvi əkinçilikdən fərqli olaraq daha sərfəli bitki növlərinə üstünlük verməyə başlayıblar.
Azərbaycanda 1 hektar torpaq sahəsindən - NƏ QƏDƏR GƏLİR ƏLDƏ ETMƏK OLAR? – BİTKİLƏR, MƏBLƏĞLƏR
Ölkənin münbit torpaqları ilə tanınan qərb bölgələrində son illərin əsas bitkiçilik məhsulu kartof sayılırdı. Amma son vaxtlar bəzi fermerlər fərqli bitkilərə, o cümlədən yerkökünə keçməyə başlayıblar.
1 hektar kartof sahəsini sığorta etmək neçəyədir? – MƏBLƏĞLƏR
Bunun səbəbləri fərqlidir. İlk növbədə kartof əkinləri artıb, üstəlik ölkədən kartofun ixracına qoyulan məhdudiyyət səbəbindən əkilən kartofun böyük hissəsi yerli bazara satılır və buda qiymətlərin azalmasına səbəb olur – əhali üçün sərfəli olsa da, bu variant fermerlərin gəlirlərini azaldır. Yerkökü üçün isə belə tələb yoxdur və bu məhsul xaricə də satıla bilər və satılır.
"Bu bağların 1 hektarı 60-70 ton məhsul verir" - AZƏRBAYCANDA YENİLİK
Əkin prosesində də fərqlər var – yerkökü əkmək daha ucuz başa gəlir – bu ilk növbədə özünü toxumun alınması və satışında göstərir. Digər tərəfdən daşınmada – kartof əkini üçün toxum kartofun özüdür, yerkökündə isə adi toxum.
Əkin və yığım prosesi, eləcə də məhsuldarlıq göstəriciləri oxşardır – eyni sahədən 27-28 ton yerkökü, 30 tona yaxın kartof götürmək olur. Burada əsas fərq özünü bazar şərtlərində göstərir. Yerkökünün qiyməti 0,6-1 manat arasında dəyişdiyi halda, kartofda qiymətlər 40-60 qəpikdir.
Azərbaycanı kartofla ən çox - TƏMİN EDƏN RAYONLAR
Hər iki bitki torğacı gücdən salır və normal şərtlərdə bir neçə ildən bir bu ərazidə torpağın güclənməsi üçün fərqli bitkilər əkilməlidir.
Kartof və yer kökü bitkisinin əkini ilə bağlı müqayisə aşağıdakı kimidir:
Kök |
Məhsulların müqayisəsi |
Kartof |
Əkin xərcləri (1 hektar üçün) |
||
1 hektara 2,5 kq toxum
|
Nə qədər toxum səpin olunur? |
1 hektara 2-3 ton kartof toxumu |
900-1000 manat |
1 hektar üçün toxumun qiyməti
|
2 000 -3 000 manat |
Əkin xərci 5-7 min manatdır
Bura aiddir:
|
Əkin xərci nə qədərdir?
Xərclər nəyin hesabına formalaşır? |
Əkin xərci 9-10 min manatdır
Bura aiddir:
|
Ammofos, azot, ammonium şonrası, superfosfat , kalium gübrəsi,
|
Hansı gübrələr verilir? |
Ammofos, azafoska, azot, kalium gübrəsi |
Hər gübrədən 1 dəfə Bitkilərə əlavə yemləmə hər seyrəltmədən sonra verilməlidir. 1-ci əlavə yemləmədə hər hektara 100 kq ammonium şorası, 75 kq superfosfat və 50 kq kalium, 2-ci dəfə yemləmədə 100 kq ammonium şorası, 50 kq superfosfat və 50 kq kalium gübrəsi verilməlidir.
|
Neçə dəfə gübrə verilir? |
Hər gübrədən 1 dəfə, |
Aktellik, Desis, Arrivo (zərərvericilərə qarşı) Qezaqard, Saniron (alaq otlarına qarşı) |
Hansı dərmanlar vurulur? |
Bazudin (məftil qurdlarının məhv edilməsi),
Kruyzer, Poliram ( toxumun səthində xəstəlik törədən zərərvericilər məhv edilir) Ridomil, Dikozin, Bakır ( hər hansı biri göbələk xəstəlikləri əleyhinə) Qezaqard, Füzilad ( alaq otları və danadişi əleyhinə) Ramplan, Mospilan, Mostar ( Kolorado böcəyi əleyhinə) |
|
|
|
7 dəfə |
Suvarma tələbatı |
7 dəfə |
Maksimum 2 il (peyin vermək şərti ilə) |
Neçə dəfə dalbadal əkin əmək olar? |
maskimum 2 il |
2 dəfə (yazlıq, payızlıq) |
Bir ildə neçə dəfə əkin mümkündür |
2 dəfə (yazlıq, payızlıq) |
Bəli |
Növbəli əkin mümkündürmü? |
Bəli |
|
|
|
|
|
|
Əllə yığılır – 1 hektar 2 günə |
Yığım üsulu |
Əllə yığılır – 1 hektar 2 günə |
20 |
Yığım üçün neçə işçi tələb olunur? |
25 |
1 hektar üçün - 2 500 manat |
Yığım xərci |
1 hektar üçün - 1 000-1200 manat |
|
|
|
Hər hektar üçün 27-28 ton |
Məhsuldarlıq |
Hər hektar üçün 30,3 ton |
|
|
|
Satışı nisbətən rahatdır |
Satış imkanı |
Satışı nisbətən çətindir |
Daxili və xarici bazara |
Hansı bazara satılır? |
Daxili və xarici bazara |
60 qəpik - 1 manat |
Satış qiyməti (1 kq) |
40-60 qəpik |
16-27 min manat |
1 hektardan yığılan məhsulun təqribi dəyəri |
12-18 min manat |
|
|
|
Yer kökü yığıldıqdan sonra başqa məhsul əkilir |
Məhsul yığımından sonra yerinə başqa məhsul əkmək olarmı? |
Kartof yığıldıqdan sonra yerinə başqa məhsul əkilir |
Münbit və suvarılan torpaqlarda əkilməlidir |
Hansı torpaqlarda əkilməlidir? |
Münbit və suvarılan torpaqlarda əkilməlidir |