Azərbaycanın “ISFA” şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Mərkəzinin Dağıstan nümayəndəliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Azərbaycandan xaricə kiloqramı - 1,5 DOLLARA SATILIR - HƏR TONA 210 MANAT SUBSİDİYA
FED.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, sənədə əsasən, Azərbaycan sahibkarları bu bölgədə meyvə bağları salacaqlar.
Söhbət respublikada tingçilik təsərrüfatının yaradılmasından, həmçinin 53 hektar ərazidə bağların salınmasından gedir.
Burada alça, nektarin, gilas, şaftalı və zeytun ağacları əkiləcək.