Şəmkir rayonunda kifayət qədər geniş potensiala malik istiqamətlərdən biri meyvəçilikdir.
Azərbaycanın xurma satışından gəlirləri 4% artıb
FED.az xəbər verir ki, rayonun xurma bağlarında məhsul yığımı sona çatmaq üzrədir. Bu il havanın xurma bağları üçün əlverişli olması və göstərilən aqrotexniki qulluq nəticəsində demək olar ki, Şəmkirin hər yerində bol məhsul yetişdirilib.
Əsasən fərdi təsərrüfatlarda yetişdirilən xurma iş adamları tərəfindən kənd sakinlərindən alınaraq qablaşdırılır və böyük hissəsi Rusiyaya ixrac edilir.
Rayonun 1800 hektardan çox bar verən xurma bağlarından bu il 150-170 sentner məhsuldarlıq götürən təsərrüfat sahibləri alıcı sarıdan korluq çəkmirlər. Bağbanlar məhsulu elə yerindəcə, yəni, meyvə bağlarında müştərilərə satırlar.
Qeyd edək ki, Şəmkir rayonunda aqrar sektorun mühüm sahələrindən olan meyvəçiliyə maraq ilbəil artır. Hazırda rayonda 5 min hektardan çox meyvə və giləmeyvə bağları mövcuddur.
Cari ildə Şəmkirdə mövcud olan 1842 hektar xurma bağlarından 32461,6 ton meyvə yığılıb. İstehsal olunan məhsulların əhəmiyyətli hissəsi xarici bazarlara ixrac olunur. (Azərtac)