Azərbaycanda son illər meyvəçilik və bağçılıq aparıcı sahələrdən birinə çevrilib.
Torpaqda nə əkmək sərfəlidir, kartof, yoxsa yerkökü? – HESABLAMA, MÜQAYİSƏ
FED.az xəbər verir ki, artıq ölkənin müxtəlif zonaları fərqli meyvə bağlarının salınması üzrə ixtisaslaşıb.
Məsələn, Qərb zonasında üzüm bağları sovet dövründən mövcud olub. Sonralar bu bağların sahəsi müəyyən qədər azalsa da, əksər yerlərdə üzümçülük hələ də inkişaf etməkdədir. Bu bağlar həm daxili, həm də xarici bazarları üzümlə təmin edə bilir.
Son illər Qərb zonasında maraq artan digər meyvə ərikdir. Ərik bağları Gəncə-Daşkəsən və Qazax Tovuz regionlarında sürətlə artmaqdadır.
Son illərdə bəzi ərazilərdə ərik ağaclarının çiçəkləyən dövründə əlverişsiz sərt hava şəraitinin olması, nəticədə məhsuldarlığın aşağı düşməsi ilə qiymətlərin kəskin qalxması da ərik bağlarına maraq artıb. Amma son iki ildə məhsullun bol olması səbəbindən qiymətlərdə enmə də baş verib.
Araşdırma göstərir ki, Amma ümumi götürdükə üzümçülüyə nisbətən ərik bağını salmaq daha az xərc və zəhmət tələb edir. Lakin yay vaxtı ərik ağaclarının gün şüasınıən təsirinə məruz qalması, yaz vaxtı çiçəkləmə dövründə şaxtalı hava şəraitinin olması bu ağaclar üçün daha çox risklidir.
Bununla yanaşı ənənəvi bağlardan fərqli olaraq intensiv bağçılıqda ərikdən daha yüksək məhsul götürmək şansı olur. Lakin intensive bağçılıqda ərik bağları daha çox qulluq və xərc tələb edir.
Əkin zamanı 1 ha sahəyə üzümçülüyə nisbətən ərik bağları üçün daha az ting tələb olunur.
Ərik |
Məhsulların müqayisəsi |
Üzüm |
Əkin xərcləri (1 hektar üçün) |
||
İntensiv bağçılıq - 15-20 min manat Ənənəvi bağçılıq - 5-6 min manat |
Əkin xərci nə qədərdir? |
Yeni salınan bağlarda 15-20 min manat Hazır bağlarda 1 ha 4,4.5 min
|
Adi bağlarda cərgə arası 7 m, ağac arası 5-6 metr (7x5 sxemi) İntensiv bağlarda: cərgə arası 4 m, ağac arası 2 metr (4x2 sxemi)
|
Əkin sxemi necədir – yəni cərgələrin arasındakı məsafə və bitkilərin arasındakı məsafə nə qədərdir, |
Cərgə arası 3 metr, ağac arası 1,5 metr (3x1,5 sxemi) |
Ənənəvi bağ: 350-400 Intensiv bağ: 700-800
|
Bir hektara neçə ting gedir? |
2 300- 2400
|
Tinglər yerli olur və ya Türkiyədən gətirlir |
Tingləri hardan alırlar |
Tinglər yerli olur və ya Türkiyədən gətirlir |
Yerli tinglər 2,5-3 manat, Xarici tinglər 6-7-10 manat |
Tinglərin qiyməti |
Yerli tinglər 2,5-3 manat, Xarici tinglər 5-6 manat |
“Orange ruby”, “Milord”, “Serpa”, “Viva” |
Meyvənin növü |
Süfrə üzümü: “Ağ şanı”, “Qara şanı”, “Kişmişi”, “Təbrizi”
Texniki üzüm: “Rkasteli”, “Kaberni”, “Xınoqdoni”, “Şirvanşahı”, “Bayanşirə”, “Aliqote”, “Saperavi”, “Arnaqas” |
|
|
|
Fosfor, azot, kalium (miqdar analizlər əsasında təyin edilməlidir) |
Hansı gübrələr verilir? |
Azot, Fosfor, Kalium,Peyin Hektara il ərzində (300 kq)
|
İldə 2-3 dəfə |
Neçə dəfə gübrə verilir? |
İldə 3-4 dəfə |
Bordo məhlulu, Fungisid, insektisidlər
|
Hansı dərmanlar vurulur? |
Fungisid, akarsid və insektisidlər Bordo, (30 kq, kq- 20 manat) Yay ərzində herukplan (1 kq 250-300 manat)
|
Damcı suvarma mövsümdə 5 dəfə Hava şəraitindən asılı olaraq 10 gündən 25 günədək, intensiv bağçılıqda isə 3-4 gündən bir |
Suvarma tələbatı |
Mövsümdə 6-7 dəfə Aran rayonlarında 6-7 dəfə, dağətəyi suvarılan zonalarda isə 4-6 dəfə |
Əllə |
Yığım üsulu |
Əllə |
Bağ sahəsindən asıldır 5-6 |
Yığım üçün neçə işçi tələb olunur? |
Bağ sahəsindən asıldır 5-10 nəfər ola bilər |
1 fəhlə gündə 15-20 manat |
Yığım xərci |
1 fəhlə gündə 30 manat |
|
|
|
Ənənəvi bağ: 15-20 ton Intensiv bağ: 40 ton |
Məhsuldarlıq (hektardan tonla) |
15 ton |
|
|
|
Ənənəvi bağ: 4 ildən sonra İntensiv bağ 2-ci ildən
|
Bağ nə vaxtdan bar verməyə başlayır. İlk məhsulu hektardan nə qədər edir. |
3 ildən sonra |
1-3 manat
|
Satış qiyməti (1 kq) |
Texniki sort - 30-40 qəpik, Süfrə üzümləri - 1-3 manat |
|
|
|
Əsasən Rusiya bazarı 80 qəpik -1 manat |
Xaricə satılırmı? Hansı ölkəyə və qiymətə |
Əsasən Rusiya bazarı 45-50 qəpik |
10 hektar |
Ciddi biznes olması üçün sahə |
10 hektar |