Azərbaycan Respublikasında vergidən yayınanlara məxsus olan əmlakların satışa çıxarılması davam edir.
Ləğv olunmuş bankların əmlakları hərraca çıxarılır - QİYMƏTLƏR
FED.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 24 iyun 2025-ci il tarixində saat 11:00-da baş tutacaq. Hərracda 5 müxtəlif daşınar əmlak – nəqliyyat vasitələri və avadanlıqlar endirimli qiymətlərlə təqdim olunub. Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcəkdir.
Satışa çıxarılan əmlaklar arasında "VEGA-1" MMC-yə məxsus Akron Bleese 440 markalı avadanlıq da yer alır. Bu cihaz Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşir və ilkin satış qiyməti 24,600 manat, beh məbləği isə 2,460 manat təşkil edir. Qeyd edək ki, MMC-nin vergi borcu nə az, nə çox 62 536.14 AZN təşkil edir.
Eyni zamanda İmişli rayonu, Bərəmtəpə ŞTQ-də yerləşən "İMİŞLİ DƏMİR BETON" ASC-yə məxsus Rusiya istehsalı olan dəmir beton istehsal edən qurğu da satışdadır – onun qiyməti 15,600 manat, beh isə 1,560 manat müəyyən edilib.
Nəqliyyat vasitələri kateqoriyasında isə 2007-ci il buraxılışlı QAZ 330232 yük avtomobili, 2011-ci il istehsalı Hyundai Sonata və 2005-ci il istehsalı Chevrolet minik avtomobili təqdim olunur. Bu nəqliyyat vasitələri müvafiq olaraq Saatlı rayonu, Şirvan şəhəri və Saatlı şəhərində yerləşir. Qiymətlər 5,520 manatdan 10,800 manata qədər dəyişir, beh məbləğləri isə daşınar əmlak üçün 10% təşkil edir.
Qeyd edək ki, Chevrolet minik avtomobilinin sahibi Məmmədov Əziz Səməd oğlunun (VÖEN: 6700009382) 3955.04 AZN dəyərində vergi borcu var.
Satış prosesində iştirak etmək istəyən şəxslər aşağıdakı hesaba behi köçürərək hərracda iştirak edə bilərlər.
Bankın adı: | Azər-Türk Bank Müştəri Xidmətləri Mərkəzi | ||
Ünvan: | Bakı şəhəri, C.Məmmədquluzadə küç. 85; 192/193 | ||
Bank kodu | 507699 | ||
VÖEN | 9900006111 | ||
Müxbir hesabı | AZ02NABZ01350100000000022944 | ||
SWFIT | AZRTAZ22XXX | ||
Müştəri adı | Hərracların Təşkili Mərkəzi PHŞ | ||
VÖEN | 1505677031 | ||
Hesab nömrəsi | AZ57AZRT38090029440265368001 | ||
Hesab valyutası | AZN |
24 iyun 2025-ci il tarixində saat 11:00-da vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının hərrac vasitəsi ilə satışı haqqında elan:
Sıra № si |
Siyahıya alınmış əmlak |
Əmlakın kateqoriyası |
Əmlak barədə məlumatlar |
Vergi ödəyicisinin adı (VÖEN) |
Əlaqəli şəxs |
Əmlakın yerləşdiyi ünvan |
Əmlakın 40 % endirimlə ilkin satış qiyməti (manatla) |
Beh məbləği (Daşınar əmlak olduqda 10%) (Daşınmaz əmlak olduqda 5%) (manatla) |
1 |
Avadanlıq |
Daşınar əmlak |
Akron Bleese 440 cihazı |
"VEGA-1" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 3102485601) |
Süleymanov Taleh 077 787 00 05 |
BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, YENİ SURAXANI ŞTQ, 14 İYUL ev.9 |
24600,00 |
2460,00 |
2 |
Nəqliyyat vasitəsi |
Daşınar əmlak |
QAZ 330232 yük 01-CB-165 Buraxılış ili:2007 |
Osmanov Polad Rəhim oğluna (VÖEN: 6700099352) |
Qocayev Nicat 051 663 66 11 |
Saatlı rayonu, Cəfərxan kəndi |
8100,00 |
810,00 |
3 |
Nəqliyyat vasitəsi |
Daşınar əmlak |
Hyundai Sonata 77-XC-605 Buraxılış ili:2011 |
Həsənəliyev Telman İsmayıl oğluna (VÖEN: 2100134232) |
Qocayev Nicat 051 663 66 11 |
Şirvan şəhəri, Energetik ev.4 m.26, |
10800,00 |
1080,00 |
4 |
Avadanlıq |
Daşınar əmlak |
Dəmir beton istehsal edən qurğu(Rusiya istehsalı) |
"İMİŞLİ DƏMİR BETON" AÇIQ SƏHMDAR CƏMİYYƏTİNƏ (VÖEN 5500137191) |
Əliyev Səməd 050 615 24 67 |
İmişli rayonu, Bərəmtəpə ŞTQ |
15600,00 |
1560,00 |
5 |
Nəqliyyat vasitəsi |
Daşınar əmlak |
Chevrolet minik 99-RC-452 Buraxılış ili:2005 |
Məmmədov Əziz Səməd oğluna (VÖEN: 6700009382) |
Qocayev Nicat 051 663 66 11 |
Saatlı şəhəri, 1 May ev.44 |
5520,00 |
552,00 |