06 mart 2024-cü il tarixində saat 11:00-da vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının hərrac vasitəsi ilə satışı haqqında məlumat açıqlanıb.
Müsadirə edilən əmlakların hərracı keçiriləcək - SİYAHI
FED.az xəbər verir ki, “Tufan-66“ MMC-yə məxsus qeyri-yaşayış binası hərraca çıxarılır.
Əmlakın ilkin satış qiyməti 3 milyon manatdır və beh məbləği 150 000 manat təşkil edir.
Əmlakın yerləşdiyi ünvan Bərdə rayonu Güloglular kəndidir.
Onu da qeyd edək ki, “Tufan-66” MMC 2006-cı ildə yaradılıb, nizamnamə kapitalı 500 010 manatdır və qanuni təmsilçisi Abdulla Ələkbərovdur.