Ötən il ərzində Azərbaycanda 81.762 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, 2022-ci illə müqayisədə 8.785 ədəd və ya 12% çoxdur.
Azərbaycanda indiyə qədər 50 mindən çox dövlət əmlakı özəlləşdirilib
FED.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri üstünlük təşkil edir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzildir: “Belə ki, 2023-cü il ərzində 45.532 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Bu dövrdə girov qoyulmuş ümumi 81.762 əmlakdan 16.750-si torpaq sahəsinin, 11.866-sı isə fərdi yaşayış evinin payına düşür”.