2022-ci il ərzində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 115,4 milyon manat daxil olub və proqnoz 101,2 % icra olunub.
Mikayıl Cabbarov: "Azərbaycanın qeyri-neft məhsullarının ixracı 3 milyard dolları ötüb"
FED.az xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.
M.Cabbarovun sözlərinə görə, sahibkarlığın inkişafı üçün stimul yaradan özəlləşdirmə prosesi, eyni zamanda, qeyri-səmərəli dövlət aktivlərinin azaldılmasına və yeni iş yerlərinin yaradılmasına xidmət edir.