Bu ilin yanvar-iyun ayları ərzində daşınmaz əmlak üzərində 173 383 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən FED.az-a verilən məlumata görə, qeydiyyata alınan mülkiyyət hüququnun 30 352-si (17,5 faizi) ilkin, 143 031-i (82,5 faizi) isə təkrar qeydiyyatın payına düşür.
Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində – 31 211, mənzil – 42 999, torpaq sahəsi – 92 787, qeyri-yaşayış binası – 1 444, qeyri-yaşayış sahəsi – 4 504, əmlak kompleksi – 358, çoxmərtəbəli yaşayış binası – 77 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 46 762-si Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.