Bu il Azərbaycanda daşınar əmlak əsaslı yüklülük müqavilələrinin sayı 2 dəfə artaraq 200 mini keçib.
Daşınar əmlaka dair reyestrə daxil edilmiş bildirişlərin sayı 2 dəfədən çox artıb
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
"AMB daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarının artırılması, bu istiqamətdə hüquqi və texnoloji əsasların davamlı aktuallaşdırılması, bununla da kiçik və orta biznes subyektərinin maliyyə vəsaitlərinə əlçatanlığının yaxşılaşdırılması istiqamətində aidiyyəti təşkilatlarla sıx əməkdaşlıq etməkdədir", - deyə açıqlamada qeyd olunub. (Report)