Yanvarın 13-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti beş səhmdar cəmiyyətinin səhmlərinin satışa çıxarılması ilə bağlı təkrar pul hərracı keçirəcək.
AMEA “Elm Və Texnologiya Parkı” əmlaklarını - HƏRRACA ÇIXARIR - QİYMƏTLƏR
FED.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, bunlar, "Salyan Broyler", "Yevlax Yük Avtonəqliyyat", "Yevlax Kəndnəqliyyat", "Şıxlar Broyle" və Xaçmaz Mexanizasiya Nəqliyyat" ASC-lərdir.
"Salyan Broyler" rayonun Xələc kəndində yerləşir, nizamnamə kapitalı 1 milyon 120 min 118 manatdır. Cəmiyyətin hər birinin nominal dəyəri 2 manat olan 560 min 59 ədəd səhminin 30 %-i, yəni 168 min 225 ədəd səhm hərraca çıxarılacaq. Onların ümumi nominal dəyəri 336 min 450 manat, ilkin hərrac qiyməti isə 168 min 225 manat müəyyən edilib.
"Yevlax Yük Avtonəqliyyat" şəhərin Pişəvəri küçəsi, 8 ünvanında yerləşir, nizamnamə kapitalı 316 min 887 manatdır. Cəmiyyətin hər birinin nominal dəyəri 2 manat olan 158 min 443 ədəd səhminin 30 %-i, yəni 47 min 543 ədəd səhm hərraca çıxarılacaq. Onların ümumi nominal nominal dəyəri 95 min 86 manat, ilkin hərrac qiyməti isə 47 min 543 manat müəyyən olunub.
"Yevlax Kəndnəqliyyat" şəhərin Nizami küçəsi, 37 ünvanında yerləşir, nizamnamə kapitalı 225 min 901 manatdır. Cəmiyyətinin hər birinin nominal dəyəri 2 manat olan 112 min 950 ədəd səhminin 30 %-i, yəni 33 min 906 ədəd səhm hərraca çıxarılacaq. Onların ümumi nominal dəyəri 67 min 812 manat, ilkin hərrac qiyməti isə 33 min 906 manat müəyyən edilib.
"Şıxlar Broyler" Masallı rayonunun eyniadlı kəndində yerləşir, nizamnamə kapitalı 279 min 610 manatdır. Cəmiyyətin hər birinin nominal dəyəri 2 manat olan 139 min 804 ədəd səhminin 30 %-i, yəni 42 min 90 ədəd səhm hərraca çıxarılacaq. Onların ümumi nominal dəyəri 84 min 180 manat, ilkin satış qiyməti isə 42 min 90 manat müəyyən olunub.
"Xaçmaz Mexanizasiya Nəqliyyat" şəhərin Sabir küçəsi, 4 ünvanında yerləşir, nizamnamə kapitalı 123 min 56 manatdır. Cəmiyyətin hər birinin nominal dəyəri 2 manat olan 61 min 528 ədəd səhmin 30 %-i, yəni 18 min 463 ədəd səhm hərraca çıxarılacaq. Onların ümumi nominal dəyəri 36 min 926 manat, ilkin hərrac qiyməti isə 18 min 463 manat müəyyən edilib.










