“Son 20 il ərzində Ermənistanda Türkiyə vətəndaşları tərəfindən 72 daşınmaz əmlak alınıb”.
Eləcə də bax: Azərbaycanlılar 2022-nin ilk 2 ayında bu ölkədə 180-dən çox - MƏNZİL ALIBLAR
FED.az xəbər verir ki, “Sputnik Ermənistan”ın yaydığı məlumata görə, bu barədə məlumatı Ermənistanın Daşınmaz Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinin sədri Suren Tovmasyan açıqlayıb.
“Səhv etmirəmsə, 2002-ci ildən etibarən bizdə Türkiyə vətəndaşları tərəfindən daşınmaz əmlak alınmasına dair 72 müqavilə olub. Sözügedən daşınmaz əmlakın əsas hissəsini mənzillər, digər bir hissəsini isə kiçik ictimai iaşə obyektləri təşkil edir”, - deyə Tovmasyan bildirib.
Onun sözlərinə görə, Ermənistan qanunvericiliyi istənilən ölkənin vətəndaşına respublikada daşınmaz əmlak almağa imkan yaradır, lakin əgər bu daşınmaz əmlak kənd təsərrüfatı təyinatlı deyilsə.
“Azərbaycan vətəndaşlarının iştirakı ilə həyata keçirilən daşınmaz əmlak müqavilələrinə gəldikdə isə, bütün dövr ərzində 5-6 belə hal qeydə alınıb”, - deyə məlumatda vurğulanıb. (Qafqazinfo)