Kapital Bank
Ünvanda Təqib Şöbəsinin Mütəxəssisi (Astara Rayonu üzrə)
Son tarix 10 may 2026 - Müraciət et
Birbankın Kreditlərin ilkin təqibi departamentinin Ünvanda təqib şöbəsinin gecikmiş kreditlərin idarə olunmasında təcrübəli, müştərilərlə işləyə bilən və kredit restrukturizasiyası üzrə tədbirlər həyata keçirə bilən namizədlər axtarışındayıq.
Vakansiya haqqında
Birbankın Kreditlərin ilkin təqibi departamentinin Ünvanda təqib şöbəsinin gecikmiş kreditlərin idarə olunmasında təcrübəli, müştərilərlə işləyə bilən və kredit restrukturizasiyası üzrə tədbirlər həyata keçirə bilən namizədlər axtarışındayıq.
Tələblər
- Ali təhsil
- Sahə üzrə ən az 1 il iş təcrübəsi
- Yüksək səviyyədə Azərbaycan dili biliyi
- Analitik düşüncə qabiliyyəti
- Yüksək səviyyədə ünsiyyət bacarıqları
- Məsuliyyətlilik
- Diqqətlilik
Öhdəliklər
- Gecikmiş kreditlər üzrə borcalanların və zaminlərin qeydiyyatı, faktiki yaşayış ünvanlarına və iş yerlərinə səfər olunması;
- Əlaqə yaratmaq mümkün olmayan borcalanlar və onların zaminlərinin digər əlaqə vasitələrinin əldə olunması;
- Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi;
- Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiyaya cəlb edilməsi.
Təklif olunanlar
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi kredit
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Haqqımızda
Bir ekosistemində işləmək texnologiya ilə dəyər yaratmaq, insanlara real fayda vermək və gələcəyin həllərini bu gündən qurmaqdır.
Komandalarımız açıq müzakirələr, sürətli qərarlar və davamlı təkmilləşmə üzərində qurulub. Ofislərimizdə ideyalar yaranır, məhsullar formalaşır, texnologiya isə bu ideyaların reallığa çevrilməsinə xidmət edir.
Bir ekosistemində biz sadə, etibarlı və innovativ həllərlə milyonlarla insanın və minlərlə biznesin gündəlik həyatına toxunuruq. Fintek biznesi (Birbank), Ödənişlər biznesi (m10/MilliÖn) və E-ticarət biznesi (Birmarket) bir araya gələrək ölkənin ilk tam inteqrasiyalı rəqəmsal ekosistemini formalaşdırır.
Komandamızın peşəkarlığı sayəsində təqdim etdiyimiz məhsullar yeni vərdişlər yaradır və ölkədə rəqəmsal mədəniyyətin formalaşmasına töhfə verir.
Burada işləmək geniş fürsətlərə malik Bir ekosistemində böyümək deməkdir. Fərqli sahələr, müxtəlif məhsullar və tükənməyən öyrənmə imkanları potensialınızı üzə çıxarmağa və karyeranızı inkişaf etdirməyə şərait yaradır.














