Azprotein Foods Group
İstehsal növbə rəisi (axşam növbəsi)
Son tarix 26 iyl 2025 - [email protected]
Namizədə Tələblər:
- Yaş həddi: 30 - 45 yaş
- Ət və ya yarımfabrikat istehsalı sahəsində azı 5 il iş təcrübəsi;
- Növbə rəhbəri, ustabaşı və ya aparıcı operator kimi təcrübəyə üstünlük verilir;
- İstehsalat texnologiyasını bilməli, formalaşdırma və qablaşdırma proseslərinə bələd olmalı;
- Məsuliyyətli, nizam-intizamlı və kollektivlə işləmə bacarığı;
- Gigiyena və təhlükəsizlik normalarını bilməli;
- Fiziki dayanıqlı, axşam/gecə növbəsində işləməyə hazır.
Üstünlük verilir:
- Qida sənayesi üzrə texniki təhsil;
- 1C və ya digər uçot sistemləri barədə anlayış;
- Yeni işçiləri öyrətmək bacarığı.
Vəzifə öhdəlikləri:
- İkinci növbə üzrə istehsal planının yerinə yetirilməsini təmin etmək;
- Operatorlar və qablaşdırıcıların işini təşkil etmək, tapşırıqların bölgüsünü aparmaq;
- Formalaşdırma, qablaşdırma, çəkidə nəzarət, sənədlərin düzgün aparılması;
- Xammalın vaxtında çatdırılmasını və avadanlığın işlək vəziyyətini nəzarətdə saxlamaq;
- İş sahəsində səliqə-sahmana nəzarət və sanitariya normalarının yerinə yetirilməsini təmin etmək;
- İstehsalat sənədlərini doldurmaq və məlumatları növbəti növbəyə ötürmək;
- Keyfiyyət şöbəsi, texniki şöbə və anbarla qarşılıqlı əlaqədə işləmək;
- HACCP sisteminə uyğun işləmək (təlim müəssisə tərəfindən veriləcəkdir).
- İstehsalat üçün lazım olan kotlet kütləsi və xammal əvvəlcədən hazırlanıb təqdim olunur.
- Növbə rəisi HACCP sisteminə uyğun işləyəcək və müəssisədə bu istiqamətdə təlim alacaqdır.
İş şəraiti
- Əmək haqqı: 1500-2000 manat (təcrübəyə əsasən təyin olunacaq).
- İş qrafiki: 6 günlük.
- Axşam növbəsi üçün nəzərdə tutulur, iş saat 16:00-da başlayır.
- Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis fəaliyyət göstərir (müəssisə Buzovnada yerləşir).
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.