Agrarco
Marketinq və satış əməliyyatları üzrə baş mütəxəssis
Son tarix 07 sen 2023 - Müraciət et
Təsvir:
- Şirkətin strateji hədəflərinə uyğun olaraq daxili və xarici bazarın araşdırılması;
- Xarici ticarət əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə təkliflərin hazırlanması;
- Mövcud partnyorlar və müştərilərlə ticarət əlaqələrinin qorunması və inkişaf etdirilməsi;
- Potensial partnyorlar və müştərilərin tapılması və ilkin əlaqələrin yaradılması;
- İxrac əməliyyatları üzrə şirkətin maraqları çərçivəsində partnyorlar və müştərilər üçün uyğun qiymət siyasətinin müəyyənləşdirilməsi ilə bağlı təklif və tövsiyələrin təqdim edilməsi;
- İxrac əməliyyatları üzrə müqavilələrin hazırlanması prosesinin şərtlərin müəyyənləşdirilməsindən son imzaya qədər təqib edilməsi;
- İxrac ediləcək malların müştərinin ehtiyacları çərçivəsində ixraca hazır qablaşdırılmasının təmin edilməsi;
- İxrac üzrə satış planının yerinə yetirilməsi;
- Şirkətin yerli və xarici tədbirlərdə, sərgilərdə təmsil edilməsi;
- Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı verilən digər tapşırıqların icrası
Tələblər:
- Marketinq və satış, İxrac və yaxud Logistika üzrə 3 il iş təcrübəsi;
- Azərbaycan, ingilis və rus dillərində mükəmməl ünsiyyət və yazı bacarığı;
- Microsoft Office (Word, Excel, Outlook, Power Point) proqramlarını peşəkar istifadə bacarığı;
- Yüksək səviyyədə qərarvermə bacarığı, analitik düşüncə, ünsiyyət və təqdim etmə bacarığı;
- Dürüstlük, məsuliyyətlilik, çeviklik, təşəbbüskarlıq;
- Yalnız və komanda ilə effektiv işləmə bacarığı.
Sosial imtiyazlar:
- Tibbi sığorta (özü və ailə üzvləri üçün)
- Korporativ nömrə və danışıq limiti
Maliyyə üzrə təcrübəçi
Son tarix 31 avq 2023 https://glorri.com/agrarco/64c7b8e0f696f22b2d55f373-Maliyy%C9%99%20%C3%BCzr%C9%99%20t%C9%99cr%C3%BCb%C9%99%C3%A7i?sources=JobSearch
Təsvir:
- Debitor və kreditorlar üzrə qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Müştəri borcları ilə bağlı lazımi analizlərin aparılması;
- Mühasibatlıq sənədlərinin saxlanılması və müəyyən edilmiş qaydada arxivləşdirilməsi;
- Baş mühasib tərəfindən təyin edilmiş digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Təhsil: Ali iqtisadi təhsil; (Ali təhsilini tamamlamış məzunlara üstünlük veriləcək)
- Dil bilikləri: Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət bacarığı, ingilis dilinin olması arzu olunandır;
- Kompüter bilikləri: Microsoft Office proqramlarını (xüsusilə də MS Excel) peşəkar istifadə bacarığı;
- Bacarıqlar: Riyazi biliklər və məntiqi təfəkkür, məsuliyyət, komandada işləmə bacarığı.
Satınalma üzrə kiçik mütəxəssis
Son tarix 27 avq 2023 Müraciət et
Təsvir:
- Şirkət adından materialları/xidmətləri almaq, xərcləri optimallaşdırmaq, vaxt və keyfiyyət standartlarına nəzarət etmək;
- Şirkətin standart müqavilələrinə əsasən, müqavilələrin hazırlanmasında dəstək göstərmək, satınalma şərtləri və qaydaların müqavilədə öz əksini tapmasına nəzarət etmək;
- Gündəlik sifarişləri qəbul etmək və sifarişin sonrakı düzəlişlərini yerinə yetirmək;
- Daxili və xarici bazarın araşdırılması və lazımi təchizatçı və podratçı bazasının yaradılması və müntəzəm olaraq yenilənməsi;
- Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı verilən digər tapşırıqların icrası
Tələblər:
- Ali təhsil;
- Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı; rus dili biliyi arzuolunandır.
- Microsoft Office (Word, Excel, Outlook, Power Point) proqramlarını istifadə bacarığı;
- Məsuliyyətlilik və hesabatlılıq; dəqiqlik, detallara fikir vermə və çeviklik;
- Yalnız və komanda ilə effektiv işləmə bacarığı.
Sosial imtiyazlar:
- Tibbi sığorta (özü və ailə üzvləri üçün)
- Korporativ nömrə və danışıq limiti