Agrarco
Aqronom (Şimal-qərb regionu üzrə)
Son tarix 10 apr 2026 - Müraciət et
Təsvir
- Bağların salınması və becərilməsi üçün texnoloji prosesləri müəyyənləşdirmək:
- Meliorativ tədbirlərin həyata keçirilməsi üçün planlar hazırlamaq;
- Torpağın tərkibini və vəziyyətini nəzərə alaraq müxtəlif torpaq sahələrində məhsul becərmə üsullarını müəyyənləşdirmək;
- Gübrələri və becərmə üçün tələb olunan digər materialları müəyyənləşdirmək və təklif etmək;
- Becərmə və yığım müddətlərinin vaxtlarının qrafikini tərtib etmək;
- Gübrələmə prosesini müəyyən etmək;
- Torpağın düzgün istismarı və qorunması üçün üsullar hazırlamaq;
- Məhsul istehsalını artırmaq üçün qabaqcıl texnologiyalardan istifadə etmək;
- Müvafiq kimyəvi maddələrin və gübrələrin düzgün istifadəsini həyata keçirmək;
- Mütəmadi olaraq bağları monitorinq etmək;
- Xəstəlik, alaq otları və zərərvericilərə qarşı mübarizə tədbirləri aparmaq;
- Alaq otlarıyla, zərərvericilərlə, xəstələnmə və zəhərlənmə səviyyəsindən asılı olaraq optimal mübarizə tədbirləri seçmək və tətbiq etmək;
- Uçot və hesabat: İstehsal nəticələrini sənədləşdirmək və statistik hesabatları hazırlamaq;
- Operativ sənədləri fayllaşdırmaq.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Torpaq analizi və bitki mühafizəsi (xəstəliklər, zərərvericilər və alaq otları ilə mübarizə üsulları) üzrə nəzəri və praktiki biliklər;
- Microsoft Office (Word, Excel, Outlook) proqramlarını istifadə bacarığı;
- Analitik düşüncə, problem həll etmə və operativ qərarvermə bacarığı;
- Məsuliyyətlilik, hesabatlılıq və dəqiqlik.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Tibbi sığorta
- Kariyerada yüksəlmə imkanı
- Təlim dəstəyi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.












