Agrarco
Risk koordinatoru (Şimal regionu üzrə)
Son tarix 07 apr 2024 Müraciət et
Təsvir:
- Şimal regionu üzrə əməliyyat risklərinə nəzarət edilməsi;
- Risklərin idarə edilməsi proseslərinin əlaqələndirilməsi;
- Bütün maraqlı tərəflərin risklər haqqında məlumatla təmin edilməsi;
- Əməliyyat üçün kritik istehsal fasilələrinin (boş-dayanmaları) dəqiqliklə qeydiyyatının aparılması;
- Emal xətaları və baş vermə səbəblərinin yəni əməkdaş və yaxud avadanlığın səhvinə görə baş verdiyini dəqiqləşdirmək və qeydiyyatını aparmaq;
- Gündəlik orta istehsal dövrünün qeydiyyatını aparmaq;
- Sahələr üzrə təsərrüfat fəaliyyətinin prosedurlara uyğun olaraq aparılmasının (istehsalat işlərinə qarışmadan) monitorinqinin icrası;
- Normativ sənədlərə uyğun olmayan hər hansı bir kənarlaşma müəyyən etdikdə monitorinqin nəticələrini vaxtında sənədləşdirmək və rəhbərliyə təqdim etmək;
- Maliyyə vəsaitlərinin istifadəsində effektivliyin yüksəldilməsinə, onların hər vasitə ilə qənaətinə, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə nəzarətin gücləndirilməsində iştirak etmək.
Tələblər:
- İqtisadiyyat və maliyyə və yaxud kənd təsərrüfatı sahəsində ali təhsil;
- Kompüterdə işləmək bacarığı (MsWord, MsOutlook, MsExcel, 1C proqramında, ehtiyac olduqda qrafiki proqramlarda işləmək bacarığı);
- Maliyyə və ya mühasibatlıq və yaxud kənd təsərrüfatında sahəsində minimum 2 il iş təcrübəsi;
- Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olmaq;
- Problemləri həll etmə bacarığı;
- Dəqiqlik və detallara diqqət yetirmək qabiliyyəti.