ABŞ və İsrailin İrana hücumu ilə başlayan müharibə təkcə neft bazarına deyil, regionun turizm sektoruna da ciddi təsir edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müharibə, yəni raket zərbələri və hava hücumları təkcə İranda deyil, ətraf ölkələrə də yayıldığına görə, bu ölkələrlə turizm sektoru dayanmış vəziyyətdədir.
Maraqlıdır ki, yaranan vəziyyətdə təkcə region ölkələrinə gələn deyil, buradan başqa ölkələrə səyahədə gedənlər də kəskin azalıb. Nəticədə ənənəvi olaraq hər il Yaxın Şərqdəki turistlərin böyük hissəsini qəbul edən Türkiyənin turizm sektoru çətinliklərlə üzləşib.
Turistərin azalması təkcə Yaxın Şərqdən deyil, Avropadan gələnlərin sayında da özünü göstərib. Belə ki, yaz bayramlarına baxmayaraq, Türkiyədə, Şərqi Anadoluda otellərin doluluq nisbəti 90 faizdən 20 faizə düşüb.
Tur operatorları qeyd edirlər ki, Novruz bayramında ənənəvi olaraq müşahidə edilən İrandan gələn aktiv turist axını dayanıb. İranla hər üç sərhəd keçid məntəqəsi piyadalar üçün bağlıdır. Yalnız yük maşınlarının sərhədi keçməsinə icazə verilir. Türkiyənin şərq əyalətlərində İran bazarına yönəlmiş bəzi sahibkarlar da gəlirlərinin azalmasından narahatlıqlarını bildirirlər.
Türkiyə Daxili İşlər Nazirliyi və Milli Müdafiə Nazirliyi İranla dövlət sərhədində nəzarəti daha da gücləndirib. Son məlumata görə, nəzarət məntəqəsində və ya Türkiyənin bütün şərq sərhədi boyunca qaçqın axını da daxil olmaqla, heç bir mənfi proses qeydə alınmayıb.
Bu vəziyyətdən ən çox faydalanan tərəf isə Rusiya turistləri olub. Belə ki, yay aylarında turistlərin azlığından narahat olan türk otelləri rus turistlərinə 50% endirim təklif etməyə başlayıblar. Bu barədə FUN&SUN turizm şirkətinin baş direktoru Vladimir Rubsov bildirib. Onun sözlərinə görə, endirimlər səbəbindən rus turistləri Türkiyəyə sürətlə turlar almağa başlayıblar.
Bəzi turistlər Misir bazarına üz tutmağa başlayırlar. Bunun qarşısını almaq üçün Türk otelləri Rusiyadan gələn turistlərə böyük endirimlər etməyə başlayıblar. Rubsovun sözlərinə görə, bəzi otellərin rus turistləri üçün endirimləri 50%-ə çatır.
Xatırladaq ki, İrandakı mühadisə və ümumilikdə Yaxış Şərqdəki vəziyyət səbəbindən Azərbaycan turistlərinin sevimli istiqaməti olan Dubaya da səfərlər dayanıb.












