Azərbaycanda otellərin nə qədər qazandığı məlum olub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ildə mehmanxanaların gəlirləri əvvəlki illə müqayisədə 25,2% çox və ya 450,2 milyon manat olmuşdur ki, onun da 66,0 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25,8% ictimai iaşə xidmətlərindən, 2,2% müalicə və sağlamlıq xidmətlərindən, 6% isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
Eləcə də bax : "Azərbaycana - 200 MİN ÇİNLİ TURİSTİN GƏLMƏSİ GÖZLƏNİLİRDİ, İTİRDİK"
2019-cu ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 22,1 faiz (2018-ci ildə 20,8 faiz) təşkil etmişdir. Bu göstərici Naftalanda 55,0 faiz, Qubada 44,5 faiz, Qəbələdə 36,6 faiz, Beyləqanda 32,2 faiz, Bakıda 31,8 faiz, Şabranda 24,2 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olmuşdur. Mehmanxanaların birdəfəlik tutumundan il ərzində istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (46,4 faiz) avqust ayında qeydə alınmışdır.