Azərbaycanın qabaqcıl və innovativ turizm şirkətlərindən olan “Amazon Travel” müştərilərin çoxsaylı istəklərini nəzərə alaraq bazara “Sağlıq Turizmi” (ticarət nişanı “Amazon Health”) adlı yeni məhsulunu təqdim edib.
FED.az xəbər verir ki, yeni məhsulun şərtlərinə əsasən, “Sağlıq Turizmi” məhsulundan yararlanan müştərilərə təklif olunur ki, istirahətə gedərkən 3-4 saatını öz sağlamlığına ayırıb “check up” olunsunlar. Müştərilərin rahatlığı üçün “Amazon Travel” şirkətinin peşəkar işçiləri tərəfindən öncədən müvafiq kilinika və həkimlərlə danışılıb randevu alınır. Daha sonra müştəri hoteldən götürülüb klinikaya aparılır, növbəsiz həkimin qəbuluna yazılır. Müştəri əvvəlcədən nə qədər xərcləyəcəyini və hansı həkimə yazılacağını və saatını bilir.
Xüsusi olaraq qeyd olunmalıdır ki, “Amazon Travel” şirkətinin klinikalarla qarşılıqlı və faydalı əməkdaşlığı nəticəsində təklif olunan “chek up” və müayinə qiymətləri müştərilərə birbaşa özünə təklif olunan məbləğdən azdır. Bu isə o deməkdir ki, “Amazon Travel” şirkəti olaraq klinikaların təklif etdiyi qiymətin üzərinə komissiya əlavə olunmur. Müştəri müayinəsi ilə bağlı ödənişi klinikaya özü tərəfindən ödəyir.
Bundan başqa, “Amazon Travel” şirkəti müalicə və əməliyyat olunmaq istəyən insanlara Türkiyənin qabaqcıl və prestijli klinikalarına da yazılmaq imkanı da yaradır. Hətta şirkət tərəfindən konkret həkimin qəbuluna yazılmaq istəyən insanlara bu şərait yaradırılır. Müştərinin rahatlığını təmin etmək üçün bütün işləri (aviabilet, transfer, hotel, həkimin qəbulu və s.) yüksək peşəkarlıqla həll edirik.
“Amazon Travel” şirkətinin təsiçisi və direktoru Seymur Allahverdiyevin sözlərinə görə, bizim müştəri portfelimizdə şirkətlər, iş adamları, rəhbər şəxslər üstünlük təşkil edir. Biz həmişə çalışmışıq ki, onların səyahət planlarını çox yaddaqalan, rahat və güvənli edək. Məhz bu səsəbdən korporativ müştərilərimizə xüsusi yanaşmamız mövcuddur:
“Mənə bir çox hallarda iş adamları və tanışlar bununla bağlı müraciətlər edirdi. Həmişə də qeyd edirdilər ki, istirahətə və ya iş görüşməsinə gedərkən istərdik ki, bir neçə saatımızıda ayırıb müayinə olunaq. Lakin istəsək belə uyğun klinika, həkim tapa bilmirik. Bəzən tapsaq belə həkimin qəbuluna yazıla bilmək üçün qabaqcadan randevu almamız lazım gəlir. Bəziləri isə sırf müayinə üçün getdiyi klinikada onu nələrin gözləyəcəyi (qiymət, həkimin səriştəsi və s.) və ətrafda uyğun hotelin tapılması, hava limanından qarşılanma və s. ilə qayğıları səbəb gətirərək bu fikirdən yayınırlar. Bunları nəzərə alaraq, biz “Amazon Health” ticarət nişanı adı altında “Sağlıq Turzimi” məhsulunu yaratdıq. Bu sahə turizmə yaxın olduğu üçün və müştərilərimizin sağlamlığı bizim üçün də vacib olduğundan bu addımı atdıq, – deyə direktor vurğulayıb.
Seymur Allahverdiyev bildirib ki, iş həyatında insan ilin 11 ayını işləyir ki, 1 ay istirahət edib ilin yorğunluğunu çıxarsın. Lakin iş həyatı bizə tək yorğunluq yox həm də stress, gərginlik və digər işlə bağlı xəstəliklər qazandırır. Həmişə düşünürük ki, tək istirahət etməklə işin stresində qurtula biləcəyik. Heç kimə sirr deyil ki, çox hallarda həkimə ən son anda gedirik, bəzən isə artıq gec olur. Gec olmamaq üçün məhz bu məhsulumuzu yaratdıq ki, ilk növbədə insanlara faydalı olsun, daha sonra bu seqmentdə turizm sektorunun inkişafını daha da sürətləndirsin.
“Amazon Health”
Sizin Sağlıq Yardımçınız!