"Sosial Xidmətlər Agentliyi" Publik Hüquqi Şəxsi (VÖEN – 1405196831) açıq tender elan edir.
FED.az xəbər verir ki, müsabiqənin predmeti əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Sabirabad rayonunda 10 ədəd üçotaqlı mənzilin satın alınmasıdır. Ehtimal olunan qiymət 805 min manat təşkil edir.
Müsabiqə 12 dekabr 2025-ci il, saat 17:00-da dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 9 yanvar 2026-cı il, saat 17:00, zərflərin açılışı isə həmin tarixdə, saat 17:00-da keçiriləcək.
İştirak haqqı 450 manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı isə 25 manat təşkil edir. Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçməklə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs: Fəridə Əlixanlı - Satınalmanın təşkili şöbəsinin böyük mütəxəssisi
[email protected]
+994 12 525 41 30
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 9 yanvar 2026-cı il, saat 17:00-a qədər Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" Biznes Mərkəzi bina 1, mərtəbə 2 ünvanına təqdim edə bilərlər.











