"Sosial Xidmətlər Agentliyi" Publik Hüquqi Şəxsi (VÖEN – 1405196831) açıq tenderlər elan edir.
FED.az xəbər verir ki, tenderlər əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Astara və Sabirabad rayonlarında mənzillərin satın alınması ilə bağlıdır.
Satınalma iki lot üzrə həyata keçirilir:
-
Astara rayonunda: 22 ədəd birotaqlı və 14 ədəd ikiotaqlı mənzilin (cəmi 36 mənzil) alınması nəzərdə tutulur. Bu hissə üzrə ehtimal olunan qiymət 1 milyon 820 min manat təşkil edir.
-
Sabirabad rayonunda: 8 ədəd üçotaqlı mənzilin alınması nəzərdə tutulur. Bu hissə üzrə ehtimal olunan qiymət 644 min manat təşkil edir.
Müsabiqələr 5 dekabr 2025-ci il tarixində dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı Sabirabad rayonu üzrə 8 yanvar 2026-cı il, Astara rayonu üzrə isə 9 yanvar 2026-cı il saat 17:00-dır. Zərflərin açılışı müvafiq olaraq həmin tarixlərdə, saat 17:00-da keçiriləcək.
İştirak haqqı Astara rayonu üzrə tenderdə 600 manat, Sabirabad rayonu üzrə isə 450 manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı hər bir tender üçün 25 manat təşkil edir. Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçməklə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs:
Fəridə Əlixanlı
Satınalmanın təşkili şöbəsinin böyük mütəxəssisi
[email protected]
+994 12 525 41 30
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini müvafiq tarixlərə qədər Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" Biznes Mərkəzi bina 1, mərtəbə 2 ünvanına təqdim edə bilərlər.











