2024-cü ilin yekunlarına görə, Azərbaycan xarici ölkələrə 38 milyon 460 min dollar dəyərində 50 min 813 ton şəkər ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2023-cü illə müqayisədə ixracın dəyəri 14 milyon 778 dollar (62,4%) , həcmi isə 19 min 41 ton (59,9%) artıb.
2024-cü ildə isə Azərbaycan xarici ölkələrə 23 milyon 681 min dollar dəyərində 31 min 772 ton şəkər ixrac edilib.
Hesabat dövrü ərzində 1 kq şəkərin orta ixrac qiyməti 1,29 manata bərabər olub ki, bu da illik müqyaisədə 2 qəpik (1,5%) artıb.
İl ərzində şəkərin ümumi ixracda xüsusi çəkisi 0,14 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,15 faizə bərabər olub.