Ötən il 13 şirkətin Azərbaycana məhsul ixrac etməsinə müvəqqəti qadağa qoyulub.
«Uzun Ömür»ün «İvanovna» məhsulu – MARQARİNLƏ HAZIRLANIRMIŞ
«KFC»nin Azərbaycana gətirdiyi məhsullarda – ZƏRƏRLİ MADDƏLƏR AŞKAR EDILIB
FED.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakıda keçirilən “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ötən il idxal olunan bitki və bitkiçilik məhsullarında aşkar olunan karantin tətbiq edilən zərərli orqanizmlərlə bağlı ixracatçı ölkələrə 829 bildiriş göndərilib:
"Bunlardan 49-u əkin və səpin materiallarında aşkarlanıb. Fitosanitar nəzarət tədbirləri çərçivəsində idxal zamanı aşkarlanan uyğunsuzluqlarla bağlı 13 idxalatçıya məhsul idxalına müvəqqəti qadağalar barədə Agentlik qərarlar qəbul edib və icrası təmin edilib". (Report)