2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 4 min 795 ton nar ixrac olunub.
Azərbaycanın xarici satdığı almanın qiyməti bahalaşıb - RƏQƏMLƏR
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu göstərici ötən ilin eyni dövründə 3 min 380 ton təşkil edirdi. Beləliklə, fiziki ixrac həcmi 1 min 415 ton və ya 41,9% artıb.
İxracdan əldə edilən gəlir də artım nümayiş etdirib. Belə ki, 2025-ci ilin ilk üç ayında nar ixracından 4 milyon 119 min dollar gəlir əldə olunub. Halbuki, 2024-cü ilin eyni dövründə bu rəqəm 3 milyon 53 min dollar idi. Bu, 1 milyon 65 min dollar və ya 34,9%-lik artım deməkdir.
Lakin narın orta ixrac qiymətində azalma müşahidə olunub. 2024-cü ildə bir ton nar 903 dollar-a ixrac olunurdusa, 2025-ci ildə bu göstərici 859 dollar-a enib. Bu isə 44 dollar və ya 4,9% azalma deməkdir.
Manatla ifadədə isə bir kiloqram narın orta ixrac dəyəri ötən il 1,54 manat olduğu halda, cari ildə bu göstərici 1,46 manat-a düşüb.
Bu il ümumi ixracın 0,06%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,53%-i narın payına düşüb.