2024-cü ilin yanvar-oktyabr ayında Azərbaycandan xarici ölkələrə 141 milyon 965 min dollar dəyərində 118 min 922 ton pomidor ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 12.6%, miqdar ifadəsilə 5% artıb.
2023-cü ilin ilk 10 ayında isə Azərbaycandan xaricə 126 milyon 80 min dollar dəyərində 113 min 319 ton pomidor ixrac olunmuşdu.
Bu ilin 10 ayının nəticələrinə görə 1 kq pomidorun orta ixrac qiyməti 2,03 manat olub ki, bu da illik müqayisə ilə 14 qəpik və ya 7,3% çoxdur. Ötən ilin eyni dövründə bu göstərici 1,89 manat idi
Bu il ümumi ixracının 0.62%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 5.06%-i pomidorun payına düşüb.