2024-cü ilin yanvar-iyul aylarında Azərbaycandan 54 milyon 527 min dollar dəyərində 8 min 844 ton meşə fındığı ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 9 milyon 796 min dollar və ya 15,2%, miqdar ifadəsilə 4 min 76 ton və ya 31,5% azalıb.
2023-cü ilin ilk 7 ayında isə Azərbaycandan 64 milyon 323 min dollar dəyərində 12 min 920 ton fındıq ixrac olunmuşdu.
1 kq fındığın orta ixrac qiyməti 2024-cü ilin 7 ayında 10,48 manata bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,02 manat (24%) çoxdur.
Ötən ilin eyni dövründə isə orta ixrac qiyməti 8,46 manata idi.
Bu il ümumi ixracının 0,34%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 2,91%-i fındığın payına düşüb.