2024-cü ilin yanvar-oktyabr aylarında xarici ölkələrə 96,4 milyon dollar dəyərində 15,4 min ton meşə fındığı ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 585,7 min dollar və ya 0,6, miqdar ifadəsilə 3,6 min ton (19%) azalıb.
Qeyd edək ki, 2023-cü ilin eyni dövründə 97 milyon dollar dəyərində (19 min ton) meşə fındığı ixrac edilib.
Hesabat dövründə 1 kq fındığın orta ixrac qiyməti 10,63 manata bərabər olub ki, bu da illik müqayisədə 1,97 manat və ya 22,7% çoxdur.
Ötən ilin 10 ayının nəticələrinə görə 1 kq fındığın orta ixrac qiyməti 8,67 manat təşkil etmişdi