2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 6 min 395 ton fındıq ixrac olunub. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 1 min 73 ton və ya 20,2% çoxdur.
Kartof ixracı 31%-dən çox azaldı – QİYMƏT ARTSA DA, GƏLİR AZALIB
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
İxracdan əldə edilən gəlir 43 milyon 338 min dollar təşkil edib. Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu rəqəm 32 milyon 248 min dollar idi. Beləliklə, fındıq ixracından gələn valyuta 11 milyon 90 min dollar və ya 34,4% artıb.
Orta ixrac qiymətində də artım müşahidə olunub. 2024-cü ildə bir ton fındığın ixrac qiyməti 6 min 59 dollar idisə, bu il 6 min 776 dollar-a yüksəlib. Bu isə 717 dollar və ya 11,8%-lik bahalaşma deməkdir. Bir kiloqram fındığın ixrac dəyəri manatla ifadədə də artaraq 10,30 manatdan 11,52 manata çatıb.
Bu il ümumi ixracın 0,68%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 5,61%-i fındığın payına düşüb.