2025-ci ilin yanvar ayında Azərbaycandan 14 milyon 45 min dollar dəyərində 2 min 25 ton fındıq ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 3 milyon 634 min dollar və ya 34,9%, miqdar ifadəsilə 243 ton və ya 13,6% artıb.
2024-cü ilin yanvar ayında isə Azərbaycandan 10 milyon 411 min dollar dəyərində 1 782 ton fındıq ixrac olunmuşdu.
Bu dövrdə ümumi ixracın 0.46%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 2,75%-i fındığın payına düşüb.
Hesabat ayında 1 kq fındığın orta ixrac qiyməti 11,79 manat olub ki, bu da illik müqayisədə 1,86 manat (19%) artım deməkdir. 2024-cü ilin yanvar ayında 1 kq fındığın orta ixrac qiyməti 9,93 manat idi.