Bu il Azərbaycandan xaricə ixrac olunan meyvə və tərəvəzlər məlum olub.
FED.az Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, 7 ayın nəticələrinə ən bahalı meyvə fındıq, giləmeyvə çiyələk, ən bahalı tərəvəz isə sarımsaq olub.
Belə ki, yanvar-iyul ayları ərzində 1 kq fındığın orta ixrac qiyməti 10,48 manat, 1 kq çiyələyin ixrac qiyməti 2,17 manat, 1 kq sarımsağın ixrac qiyməti isə 2,55 manat olub.
Ən ucuz giləmeyvə qarpız, meyvə armud, tərəvəz isə kartof olub. Belə ki, 1 kq qarpızın orta ixrac qiyməti 81 qəpik, armudun qiyməti 1,08 manat kartofun qiyməti isə 72 qəpik təşkil edib.
S/n |
Meyvə, tərəvəz |
1 kq-ın orta ixrac qiyməti |
1 |
Fındıq |
10,48 |
2 |
Sarımsaq |
2,55 |
3 |
Çiyələk |
2,17 |
4 |
Şaftalı |
2,11 |
5 |
Lobya |
2,08 |
6 |
Pomidor |
2,03 |
7 |
Ərik |
2,00 |
8 |
Heyva |
1,79 |
9 |
Gilas və albalı |
1,62 |
10 |
Xiyar |
1,62 |
11 |
Təzə üzüm |
1,61 |
12 |
Nar |
1,52 |
13 |
Xurma |
1,34 |
14 |
Alma |
1,13 |
15 |
Armud |
1,08 |
16 |
Qarpız |
0,81 |
17 |
Yerkökü və şalğam |
0,75 |
18 |
Kartof |
0,72 |