Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 38 min 717,4 ton duru bitki yağları istehsal edilib.
Kərə yağlarının ən baha və ən ucuz satıldığı – MARKET ŞƏBƏKƏLƏRİ – SİYAHI, QİYMƏTLƏR (Dekabr,2024)
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,3 % çoxdur.
Hesabat dövründə Azərbaycanda həmçinin 45 min 151,1 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 8,3 % çoxdur.
Ötən ilin dekabrın 1-nə ölkədə 3 min 634,8 ton duru bitki yağı ehtiyatı, 3 min 747,7 ton isə marqarin ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 5,6 % az və 1 % çoxdur.
Xatırladaq ki, 11 ayda Azərbaycanda 4 milyard 287,2 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 9,3 % çoxdur. (Report)