2025-ci ilin yanvar ayında Azərbaycandan 2 milyon 15 min dollar dəyərində 2 min 278 ton nar ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, nar ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 525,9 min dollar və ya 35%, miqdar ifadəsilə 569 ton və ya 33% artıb.
2024-cü ilin yanvar ayında isə Azərbaycandan 1 milyon 489 min dollar dəyərində 1 709 ton nar ixrac olunmuşdu.
Bu dövrdə ümumi ixracın 0.07%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,82%-i narın payına düşüb.
Hesabat ayında 1 kq narın orta ixrac qiyməti 1,50 manat olub ki, bu da illik müqayisədə 2 qəpik (2%) ucuzlaşma deməkdir. 2024-cü ilin yanvar ayında 1 kq narın orta ixrac qiyməti 1,48 manat idi.