Azərbaycandan bu ilin yanvar-iyul aylarında xarici ölkələrə ümumilikdə 16 min 481 ton qarpız ixrac edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ixrac edilmiş qarpızın ümumi dəyəri isə 7 milyon 562 min dollar olub.
Son bir il ərzində ixracın həcmində 8 min 44 ton (95,4%), dəyərində isə 3 milyon 544 min dollar (88,2% ) artım baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayında isə Azərbaycan xarici ölkələrə 4 milyon 18 min dollar dəyərində 8 min 437 ton qarpız ixrac etmişdi.
Bu ilin yanvar-iyul aylarının nəticələrinə görə ixrac edilmiş qarpızın orta hesabla 1 tonunun dəyəri 780 manat olub ki, (1 kq-78 qəp) bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 29 manat (3,6%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 809 (1kq - 91 qəp) manata bərabər olub.
Hesabat dövründə Azərbaycan özü də ümumilikdə 727 ton qarpız idxal edib.
Məlumata görə, idxal edilmiş qarpızın ümumi dəyəri isə 481 min 310 dollar olub.
Son bir il ərzində ölkəyə qarpız idxalının həcmində 125 ton (14,6%), dəyərində isə 77 min 840 dollar (13,9%) azalma baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayında isə Azərbaycan xaricdən 559 min 150 dollar dəyərində 852 ton qarpız idxal etmişdi.
Bu ilin yanvar-iyul aylarının nəticələrinə görə idxal edilmiş qarpızın orta hesabla 1 tonunun dəyəri 1 125 (1 kq - 1,13 man) manat olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisindən 9 manat (0,8%) çoxdur. Ötən ilin müvafiq dövründə bu göstərici 1 116 (1 kq - 1,12 man) manata bərabər olub.